Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:02

Khamenei etirazların qarşısını almağı əmr edir


Ayətüllah Ali Khamenei
Ayətüllah Ali Khamenei

İranın ali rəhbəri ayətüllah Ali Khamenei adamların iqtisadi narahatlıqları nəticəsində Tehranda baş vermis etirazların ardınca ölkə ədliyyəsinə “insanların bizneslərini və həyatlarının” təhlükəsizliyini təmin etmək göstərişi verib.

Khamenei bu həftənin əvvəllərində Tehranda baş vermis etirazlar barədə ilk bəyanatını iyunun 27-də ədliyyə rəsmiləri ilə görüşündə verib.

Bu arada ABŞ dövlət katibi Mike Pompeo yazdığı tvitdə bildirib ki, “iranlılar öz liderlərinin korrupsiyasından, ədalətsizliyindən və işbilməzliyindən yorulublar” və “dünya onların səsini eşidir”.

İyunun 25-də etirazçılar parlament binasının qarşısında təhlükəsizlik qüvvələri ilə üz-üzə gəlmişdilər və onlara qarşı gözyaşardıcı qazdan istifadə olunmuşdu. Bu etirazlar Tehranın Böyük bazarında kor-təbii başlamışdı.

Son günlər İranın milli valyutası ucuzlaşmaqda davam edir
Son günlər İranın milli valyutası ucuzlaşmaqda davam edir

Khamenei deyib ki, “təhlükəsizlik ab-havası” bərpa olunmalı və ədliyyə rəsmiləri “iqtisadi təhlükəsizliyi pozanların qarşısını almalıdırlar”.

İyunun 26-da prezident Hassan Rohani iranlıları əmin edib demişdi ki, onun hökuməti qarşıdan gələn ABŞ sanksiyalarının iqtisadi təzyiqlərini dəf etməyə hazırdır.

O milli valyuta rialın dəyərdən düşməsinə görə “xarici media tənbliğatını” ittiham etmişdi.

ABŞ-dan gözlənilən yeni sanksiyalarla bağlı bir çox iranlılar milli valyutada olan əmanətlərini xarici valyutaya, əsas etibarilə ABŞ dollarına çevirməyə çalışırlar.

Lakin prezident Rohani narahatlıqlara son qoymaq məqsədilə demişdi:

"Hətta ən pis halda da söz verirəm ki, iranlıların təməl ehtiyacları ödənəcək. Bizim kifayət qədər şəkərimiz, buğdamız və maye yağımız var.”

Mike Pompeo
Mike Pompeo

Lakin yazdığı tvitdə dövlət katibi Pompeo bildirirdi ki, “İran rejimi korrupsiyaçıdır” və “ölkənin ehtiyatlarını Suriya prezidenti Bashar al-Assadın dəstəklənməsinə, habelə Hizbullah və Həməs kimi hərəkatların maliyyələşdirilməsinə xərcləməklə israf edir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG