Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:59

Avropasayağı lüstrasiya


"KQB" arxivi, Almaniya
"KQB" arxivi, Almaniya

Şərqi Avropa ölkələri öz kommunist keçmişini necə təmizləyir

Kommunist rejiminin süqutundan sonra Şərqi Avropa ölkələrində yeni hakimiyyətlər sıralarını əvvəlki siyasi sistemlə əməkdaşlıq etmiş adamlardan təmizləməli oldular. Bunun üçün ilk öncə xüsusi xidmət orqanlarının arxivlərinin açılmasına qərar verildi. Bu barədə “Currenttime.tv” məqalə dərc edib.

Buna da bax: «KQB» agentləri niyə ifşa edilmədi?

Berlin divarının yıxılmasından bir neçə həftə sonra sovet Almaniyasının xüsusi xidmət orqanı “Ştazi”nin zabitləri onları ifşa edə biləcək sənədləri məhv etməyə çalışdı. Ancaq texniki çətinliklərlə üzləşdilər. “Ştazi”də səliqə-sahmanı sevirdilər və bütün sənədlər xüsusi diqqətlə qorunurdu. Və ADR (Almaniya Demokratik Respublikası) istehsalı olan kağızdoğrayan maşın belə həcmli işə tap gətirmədi və sındı. Arxiv əməkdaşları minlərlə sənədi əllə param-parça etsələr də, yandırmağa vaxt tapa bilməmişdilər. Nümayişçilər “Ştazi” ofisinə soxulub xidməti buraxmış, hər kəs öz dosyesini əldə etməyə çalışmışdı. Hətta 15 min kisəyə yığılmış tikə-parça sənəd qalıqlarını belə sonradan bərpa etmək mümkün olmuş, onları pazl kimi yığmış, 2012-ci ildə çözməyə başlamışdılar.

Kağız doğrayan maşın
Kağız doğrayan maşın

Qərbi və şərqi Almaniya birləşəndən sonra AFR-də (Almaniya Federativ Respublikası) çalışan məmurlar və hakimlərə yenidən öz işlərinə qayıtmaq imkanı yaradılmışdı. Onlar ərizə vermiş, hakimiyyət isə arxivə sorğu göndərmişdi. Xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlər qovulmuşdular. Məmur və siyasətçilərin yoxlanması 2019-cu ilin sonuna qədər çəkəcək.

Xüsusi “lüstrasiya vəsiqəsi”

Çexoslovakiyada ölkəni iki yerə bölən “məxməri inqilaba” qədər keçmiş xüsusi xidmət orqanlarının əməkdaşlarına və partiya funksionerlərinə dövlət orqanlarında 5 il ərzində yüksək vəzifə tutmaq qadağan edilmişdi. Slovakiyada sonradan bu qanun dəyişdirildi, ancaq Çexiyada qadağa 2000-ci ilə qədər uzadıldı. Qanun 140 min adamı əhatə elədi. Xüsusi “lüstrasiya vəsiqəsi” çap edildi – keçmiş sovet məmurlarına işə girərkən onlardan bu sənədi göstərmək tələb olunurdu.

Buna da bax: «Azərbaycan bağışlamaq və unutmaq yolunu seçdi...»

Polşada lüstrasiya daha yüngül keçdi. Burda xüsusi təyinatlı komissiya yaradıldı – onlar ölkənin milli təhlükəsizlik əməkdaşlarını insan hüquqlarını pozub-pozmaması baxımdan yoxladılar. Polşada lüstrasiya qanunu yalnız 1997-ci ildə qəbul edildi. Qanuna görə, dövlət vəzifələrini tutmuş və ya bu iddiada olanlar xüsusi bəyannamə doldurmalı və kommunist xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib-etməmələri barədə məlumat verməlidirlər. Bəyannaməni dolduran zaman yalan bilgi verənləri məmur olmaq hüququndan 10 illiyə məhrumetmə gözləyir. 2007-ci ildə qanun genişləndi, indi təmizlənmə bəyannaməsini dövlətin birinci şəxsləri, dövlət müəssisələrinin direktorları, vəkillər, hakimlər, hətta məktəb direktorları da doldurmalıdırlar.

Xüsusi komissiya lüstrasiya sorğusu aparır
Xüsusi komissiya lüstrasiya sorğusu aparır

Bəyannaməni doldurmaqdan yalnız kommunist rejimi süquta uğrayanda yeniyetmə yaşlarında olanlar azad edilə bilərlər.

İlk lüstrasiya faşizmlə bağlıdır

İlk müasir lüstrasiyalardan biri denasifikasiya (keçmiş faşist ölkələrində faşizmin və nasizm qalıqlarının ləğvi) adlanıb. Bu, Avstriya və Almaniyada ikinci dünya müharibəsindən sonra daxili siyasətdə aparılıb.

1946-cı ildə o vaxt Almaniyanı birgə idarə edən SSRİ, ABŞ, Fransa və Böyük Britaniya bir sıra qanunlar qəbul etdilər. Hər bir 18 yaşdan yuxarı olan alman cinayətkar rejimə bağlı olub-olmadığı haqqında anket doldurmalı idi. Cavablar arxiv materialları ilə tutuşdurulurdu. Denasifikasiya komissiyası günahı üzə çıxan şəxsə cərimədən tutmuş həbsə qədər cəza verə bilərdi. Bu şəxslərin dövlət strukturlarında vəzifə tutması yasaqlanırdı.

Faşist Almaniyasının dövlət strukturlarında yüksək vəzifə tutmuş şəxslər isə Nyunberq prosesində məhkəmə qarşısına çıxarıldı.

Foto: arxiv
Foto: arxiv

Azərbaycanda lüstrasiya qanunu olmasa da, vaxtaşırı sovet arxivlərinin açılmasına dair təkliflər səslənib. Bəzi mütəxəssislərin fikrincə, cəmiyyət kimin keçmiş rejimdə özəl xidmətlərə çalışdığını bilməli, ədalət yerini tapmalıdır. Digərləri buna qarşı çıxır, arxivlərin açılmasının sabitliyi pozacağını, cəmiyyətdə qarşıdurmaya gətirəcəyini iddia edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG