Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:48

Vaşinqton Mərkəzi Asiya ölkələri ilə sammit keçirdi


Dövlət katibi John Kerry Mərkəzi Asiyanın xarici işlər nazirləri ilə
Dövlət katibi John Kerry Mərkəzi Asiyanın xarici işlər nazirləri ilə

AzadlıqRadiosunun müxbiri Mike Eckel xəbər verir ki, ABŞ-ın dövlət katibi John Kerry beş Mərkəzi Asiya ölkəsinin xarici işlər nazirləri ilə görüş keçirib.

Dövlət katibinin sammitdəki çıxışında əsas diqqət iqtisadi əməkdaşlıq və terrorla mübarizəyə yönəlmişdi.

Xəbər verilir ki, avqustun 3-də keçirilmiş görüş bu qəbildən olan ikinci tədbir idi.

Eckel yazır ki, bu görüş Mərkəzi Asiya regionunda Rusiya və Çinin hegemonluğunun artmaqda olduğu dövrə təsadüf edir.

Region üzrə ekspertlər bildirirlər ki, Rusiya ilə tarixi bağlara malik Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan 2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq ediləndən bəri Moskva ilə münasibətlərində müəyyən narahatlıq yaşayırlar.

Cənab Kerry giriş sözündə bildirib ki, danışıqlar yalnız zorakı ekstremizm və iqtisadi artım yox, həm də ətraf mühitin mühafizəsi məsələləri üzərində qurulacaq.

Lakin John Kerry-nin ən mühüm bəyanatı bu olub ki, “Birləşmiş Ştatlar heç bir tərəddüd keçirmədən hər bir Mərkəzi Asiya dövlətinin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir”.

ABŞ-ın bəyanatları nəticə vermir

ABŞ diplomatları həmçinin Mərkəzi Asiyada Vaşinqtonu narahat edən insan haqları məsələsinə də toxunublar.

Özbəkistan məhbuslara işgəncə verən, insan haqları fəllarını məhbəsə atan ölkə kimi tanınır. Qazaxıstanda sərbəst toplaşma azadlığı ciddi şəkildə pozulur. Türkmənistanda müstəqil jurnalistlərin həbsləri, Tacikistanda isə müxalifətin əzişdirilməsi davam edir.

John Kerry deyib ki, başqa sahələrdə münasibətlərin inkişaf etdirildiyi bir şəraitdə insan haqları, din, ifadə və sərbəst toplaşma azadlığı kimi məsələlər də diqqət mərkəzində olacaq.

ABŞ-ın Diplomat saytı isə yazır ki, diplomatik çevrələrdə C5+1 danışıqları kimi tanınan bu görüşlərdə bir qayda olaraq enerji və təhlükəsizlik məsələləri insan haqları mövzusunu kölgədə qoyur.

Digər tərəfdən ABŞ-ın Mərkəzi Asiya ölkələrində insan haqlarının bərbad vəziyyəti ilə bağlı vaxtaşırı verdiyi sərt bəyanatlar indiyədək heç bir nəticə verməyib.

Yaşlı liderlər sabitlik riskidir

Mike Eckel xatırladır ki, ABŞ-da 11 sentyabr terror hücumlarının ardınca Vaşinqton Mərkəzi Asiya ilə hərbi-siyasi bağlarını möhkəmlətmiş və hətta Əfqanıstan əməliyyatlarının dəstəklənməsi məqsədilə Özbəkistan və Qırğızıstanda hərbi bazalar yaratmışdı.

Lakin sonralar Moskva bu Mərkəzi Asiya ölkələrinin üzərinə güclü təzyiq tətbiq etməklə onları ABŞ-la sıx əməkdaşlıqdan çəkindirməyə çalışmlışdı.

Buna baxmayaraq, məsələn, Qazaxıstanda ABŞ şirkətləri təbii sərvətlərlə bağlı böyük biznes şəbəkəsi yarada biliblər. Söhbət ilk növbədə neft və qaz yataqlarının inkişaf etdirilməsindən və hətta uran yataqlarının işlənməsindən gedir.

AzadlıqRadiosu bildirir ki, Mərkəzi Asiya ölkələri ilə bağlı başqa bir ciddi problem bu ölkələrdə, xüsusilə də Özbəkistan, Qırğızıstan və Tacikistanda dini ekstremizmin yüksəlişi, Suriya və İraqa yollanan çox sayda cihadçının olmasıdır.

Eckel yazır ki, Qazaxıstan və Özbəkistanda dövlət başçılarının ahıl yaşda olması bu ölkələrdə hakimiyyətin ötürülməsi ilə bağlı siyasi sabitsizliyə yol aça bilər.

Təhlilçilər bildirirlər ki, ABŞ Mərkəzi Asiyada itirilmiş mövqelərinin bərpası istiqamətində addımlar atır, digər tərəfdən bu meylin inkişaf etdirilib-etdirilməyəcəyi tamamilə qarşıdan gələn ABŞ prezidenti seçkisinin nəticələrindən asılı olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG