Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:10

Əli Kərimli: “Cümhuriyyətdən qorxurlar...”


“Məmməd Əmin Rəsulzadədən, cümhuriyyətdən qorxurlar. Çünki bu təkcə şərəfli keçmiş deyil, güc mənbəyi deyil, həm də gedəcəyimiz gələcəkdir, hədəfdir”.

AXCP sədri Əli Kərimli Demokratik Qüvvələrin Milli Şurasının M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsinin qarşısında keçirdiyi bayram mitinqində belə deyib.

Əli Kərimli çıxışında cümhuriyyət ideyalarının önəmindən bəhs edib, hökuməti tənqid edib.

“Qurucu babalarımız bizə 114 min kvadrat kilometr ərazidə respublika qoyub getmişdilər. İndi həmin torpaqların 70 min kvadrat metrini saxlamışıq. Sülalə hakimiyyəti nəticəsində görün, nə qədər torpaqlarımız işgal olunub”, - deyən Əli Kərimli cümhuriyyət ideyalarının hazırkı demokratik qüvvələrin ayaq üstə dayanmasının da ilhamvericisi olduğunu ifadə edib.

“Cümhuriyyət sağlam təməllər üzərində qurulmasaydı, demokratik düşüncəli qüvvələr repressiyalardan sağ-salamat çıxa bilməyəcəkdi. Biz indi bilirik ki, yaşadığımız məhrumiyyətlər nə olursa olsun, keçicidir. Nə olursa olsun, cümhuriyyəti 3-cü dəfə mütləq yenidən quracağıq”.

Əli Kərimlinin çıxışı zamanı elektrik bir neçə dəfə kəsilib. Elektrik hər dəfə kəsiləndə aksiya iştirakçıları “istefa” şüarı səsləndiriblər.

AXCP sədri cümhuriyyət sevgisinin “sınağa çəkilməsinə” də toxunub: “Sınaqlarla cümhuriyyət dəyərlərinə elə bağlanacağıq ki, ona qarşı duranlara daha gərəkli cavab verə biləcəyik. Rəsulzadədən, cümhuriyyətdən qorxurlar. Çünki bu təkcə şərəfli keçmiş deyil, güc mənbəyi deyil, həm də gedəcəyimiz gələcəkdir, hədəfdir. Biz Azərbaycan xalqının nələri haqq etdiyini yaxşı bilirik. Siyasi, dini, etnik mənsubiyyətindən asılı olmayaraq bu dövlət, ədalət, hüquq hamı üçün olacaq”.

Aksiyada Milli Şuranın sədri Cəmil Həsənli, siyasi məhbus sayılan şəxslərin valideynləri də çıxış ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG