Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:56

Krımın Kerç şəhərindəki kolleçə silahlı hücumun videogörüntüləri yayılıb


Kerç şəhərində madəm
Kerç şəhərində madəm

“Vesti Krım” televiziya kanalı oktyabrın 17-də Krımın Kerç şəhərindəki kolleçin tələbələrinə silahlı hücumun videogörüntülərini yayıb.

Bu görüntüləri məktəbin müşahidə kameraları qeydə alıb.

AzadlıqRadiosu Rusiya xidmətinin oktyanrın 21-də yaydığı məlumata görə, videolarda, üzərinə “nifrət” kəlməsi yazılmış köynəkdə olan çantalı kəncin, məktəbin binasına necə daxil olması, partlayış törətməsi və insanları atəşə tutması görünür.

İstintaqın versiyasına görə, bu cinayəti kolleçin 18 yaşlı tələbəsi Vladislav Roslyakov törədib.

O, bu hücumda əldədüzəltmə bomba və qanuni yolla alınmış odlu silahdan istifadə edib.

Həmin hücum nəticəsində 21 nəfər ölüb,40-dan çox adamsa yaralanıb.

Roslyakov hücumdan sonra özünü də öldürüb.

İstintaq komitəsi ictimai yerdə qətl maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, Kerç şəhəri Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım yarımadasında, yarımadanı Rusiya ilə birləşdirən körpünün ucunda yerləşir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG