Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:23

‘Kəndlini aldada-aldada gedirlər’-deputat (media icmalı)


Deputat Əli Məsimli, mart 2014
Deputat Əli Məsimli, mart 2014

Birinci vitse-prezident Mehriban Əliyevanın İçərişəhərə baş çəkməsi, fermerlərin sığorta problemii, qaz və elektirkə qoyulan limitinin ləğvi ətrafında müzakirələr medianın yer ayırdığı mövzularındandır…

Deputat: “İndi hökumət oturmalıdır, ölçüb-biçməlidir…”

“Yeni Müsavat” qəzeti-ndə “Vahid Əhmədov: “O yolla heç vaxt Qarabağa getmərəm” sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkə gündəminə aid bəzi məsələləri deputat Vahid Əhmədovla dəyərləndirib.

Vahid Əhmədov, Bakı, 18 oktyabr 2011
Vahid Əhmədov, Bakı, 18 oktyabr 2011

Ölkə əhalisinə verilən qaz və elektrikə görə, tətbiq olunan limitn ləğvinin mümkünlüyü barədə deputat deyib ki, Azərbaycan qaz və elektrik enerjisi, neft ixrac edən bir dövlətdir:

“Ona görə də hesab edirəm ki, əhalinin həyat səviyyəsini nəzərə alaraq limitlə bağlı müəyyən güzəştlərə getmək olar. Biz parlamentdə dəfələrlə bununla bağlı məsələ qaldırmışıq, mətbuatda sözümüzü demişik”.

​V.Əhmədov hesab edir ki, bu güzəşt limitin artırılması formasında da ola bilər. Onun fikrincə, üstəlik, bu güzəşt bütün əhaliyə yox, xüsusilə aztəminatlı əhaliyə tədbiq edilə bilər.

“Bölgələrdən də çoxlu şikayətlər var. Rayonda qəbulda olanda da insanlar bu məsələ ilə bağlı müraciətlər edirlər. Son iclasda Fazil Mustafa da təklif etdi ki, limit iki dəfə artırılsın. İndi hökumət oturmalıdır, ölçüb-biçməlidir, hesablama aparmalıdır. Mən belə hesab edirəm ki, bu məsələ ilə bağlı güzəştlərə getməyə ehtiyac var”.

V.Əhmədovun deməsinə görə, həmkarı Əli Məsimli ilə birgə başqa təklifləri var, yaxın vaxtlarda onları hazırlayıb dövlət başçısına müraciət edəcəklər.Onun qeyd etməsinə görə, təkliflər bank sistemi ilə əlaqədardır:

“İki devalvasiyadan sonra yalnız fiziki şəxslər deyil, hüquqi şəxslərin də ciddi problemləri yaranıb. Bir sıra şirkətlərin, kredit alan təşkilatların iqtisadi vəziyyəti gərginləşib, dövlətdən asılı vəziyyətə düşdülər. Bundan əlavə, ölkədə bir sıra müəssisələrin tikilməsi ilə əlaqədar təkliflərimiz var”

Fermerlər niyə təsərrüfatlarını sığorta etdirmirlər?

“Oxu.az” saytı-nda “Əli Məsimli: Kəndlini aldada-aldada gedirlər” sərlövhəli yazıda “Aqrar sığorta haqqında” qanun layihəsi ilə bağlı Əli Məsimlinin fikirləri yer alıb.

Ə.Məsimli bildirib ki, kəndlilər, fermerlər sığorta qurumlarına inanmrlar və deputat onları bu unamsızlıqda haqlı sayır. Əli Məsimlinin vurğulamasına görə, kəndlini aladada-aldada gedrilər.

O, qeyd edib ki, indi əsas məsələ işlək mexanizmin qurulmasıdır.

“İşlək mexanizm qurulsa, bu qanun işləyəcək. Kəndliyə, fermerə sual verirlər ki, niyə sığorta olunmursan? Deyir ki, biz sığorta şirkətinə inanmırıq. Haqlı olaraq inanmır. Çünki onu aldada-aldada gedirlər”, deyə deputat əlavə edib.

Deputat eyni zamanda sığorta şirkətlərinin arqumentlərini ifadə edir:

“Sığorta şirkətindən soruşduqda ki, niyə sığorta etmirsən, cavab verir ki, risk böyükdür”

Deputat hesab edir ki, bu məsələdə risk bölünməlidir:

“Yeni qanun layihəsinin işləməsi üçün aşkarlıq və ciddi nəzarət mexanizmi olmalıdır. Burada ictimai nəzarət və digər effektiv işləyən nəzarət mexanizmlərindən istifadə olunmalıdır”, - deyə Əli Məsimli vurğulayıb.
“Aqrar sığorta haqqında” yeni qanun layihəsi-nin artıq, Milli Məclisin müzakirəsinə təqdim edildiyi bildirilir.

Mehriban Əliyeva: “Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. ”

Vitse-prezident Mehriban Əliyeva
Vitse-prezident Mehriban Əliyeva

Rəsmi AZƏRTAC saytı-nda isə “Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub” sərləvhəli məlumat dərc edilib.

Sayt bildirilir ki, aprelin 26-da birinci vitse-prezidenti Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu-nda görülən işlərlə tanış olub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Əsgər Ələkbərov birinci vitse-prezidenti Mehriban Əliyevaya görülən işlərlə bağlı ətraflı məlumat verib. “Bildirildi ki, qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Hazırda İdarə tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işləri həyata keçirilir.”məlumatda yazılıb.

Birinci vitse prezident də son günlər bəzi media orqanları və sosial şəbəkələrdə İçərişəhərdə Qala divarlarının bir hissəsinin sökülməsi və orada restoranların inşa edilməsi haqqında məlumatlara münasibət bildirib:

“Bilirsiniz, mən indi bu sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalanlar, böhtanlar, qarayaxma kampaniyaları aparan insanlar haqqında danışmaq istəmirəm. Mən bir şeyi qeyd etmək istəyirəm. Hər insan öz vicdanı və Allah qarşısında cavab verir”

İçəri Şəhər - 23 iyun 2015
İçəri Şəhər - 23 iyun 2015

​Mehriban Əliyeva vurğulayıb ki, şəxsən bura gəlib:

“Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG