Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:17

Hökumət kənd klublarını satışa çıxarıb


Kənd klubu
Kənd klubu

Noyabrın 7-də keçiriləcək hərraclara Salyan, Sabirabad və Neftçala rayonlarında yerləşən 4 kənd klubu çıxarılıb.

Salyan rayonunun Abadkəndindəki Xalac Sənətkarlar Evi satılacaq mədəniyyət ocaqlarından biridir. Salyan rayonunun keçmiş icra başçısı Ədalət Yusubov AzadlıqRadiosu-na onun vaxtilə keçmiş kolxozun balansında olduğunu, mülkiyyət bölgüsü aparıldıqda isə mədəniyyət şöbəsinin balansına verildiyini deyib.

Min iki yüz kvadratmetr sahəsi və 10 sot torpağı olan bu mədəniyyət evinə 43 min manata yaxın ilkin qiymət qoyulub. Hazırda Mədəniyyət evində beş nəfər çalışır.

Buna da bax: Yeraltı dayanacaqların idarəetməyə verilməsinə hazırlıq görülür

Seçicilərlə harda görüşməli?

Qanunvericilikdə bu tipli obyektlərin özəlləşdirildikdən sonra profilinin dəyişdirilməsinə məhdudiyyət qoyulmur. Birinci dövlət özəlləşdirmə proqramı çərçivəsində hərraclarda satılmış kitabxanaların bir çoxu hazırda digər biznes sahələrində fəaliyyət göstərir.

Bu mədəniyyət ocağını da özəlləşdirilən digər mədəniyyət ocaqlarının taleyi gözləyirmi? Yusubov özəlləşdirilən Xələc Sənətkarlar evinin şadlıq sarayı ilə eyni həyətdə yerləşdiyini deyir.

«Hazırda orada kitabxana və mədəniyyət evi fəaliyyət göstərir. Baxımsızlıqdan, binada uzun müddət təmir işləri aparılmadığından, müəyyən qədər köhnəlmiş görünsə də, müasir bir binadır. Bu obyekt deputatlardan birinə məxsus şadlıq sarayı ilə bir həyətdə yerləşir. Obyektin satışına gəlincə, düşünürəm ki, bu, kəndin və əhalinin mədəni inkişafına müsbət heç bir təsir göstərə bilməz. Əksinə, mənfi təsiri olacaqdır», - Ə. Yusubov deyib.

Buna da bax: 158 səhmdar cəmiyyət dövlətə cəmi 900 manat ödəyib

Klubların özəlləşdirilərək profilinin dəyişdirilməsi həm də ictimai toplaşma məkanlarının sayının azalması deməkdir. Demokratiya və Rifah hərəkatının sədr müavini olan Ədalət Yusubov deyir ki, Xalac Sənətkarlar evi xüsusilə seçki dönəmlərində görüşlərin keçirildiyi yeganə yer olub.

“Ən azından həmin mədəniyyət evindən seçkidən seçkiyə əhali ilə görüşlərdə istifadə olunur. Bələdiyyə, parlament və prezident seçkilərində və referendumlarda yerli əhali ilə məhz orada görüşlərimiz olurdu".

Q. Məhərrəmli: «Bu, mədəni inkişafın «son nişanələrini» məhv etməkdir»

Telejurnalist Qulu Məhərrəmli hesab edir ki, kənd mədəniyyət evlərinin və klubların satışa çıxarılması bölgələrdə mədəni inkişafın «son və solğun nişanələrini» məhv etmək deməkdir. «Əslində hər kəs bilir ki, bu klubların çoxu fəaliyyət göstərmir. Amma, fikrimcə, binaları müəyyən qədər funksional olduğu üçün fərqli məqsədlərə də yaraya bilər. Əlbəttə, klub və mədəniyyət evlərinin təyinatını dəyişməmək şərti ilə satışa çıxarmaq, bəlkə də ümumi mədəniyyətin inkişafı üçün müəyyən ümidlər verə bilər. Amma buna ümid azdır, çünki mədəniyyət müəssisəsi biznes baxımından sərfəli obyektlər sayılmır». Qulu Məhərrəmlinin sözləridir.

Buna da bax: Bakı kondisioner zavodunun acınacaqlı durumu [Video]

Onun sözlərinə görə, dünyanın hər yerində mədəniyyət müəssisələri əsasən dövlət büdcəsi sayəsində effektli çalışa bilir. Azərbaycan reallığı da bu məsələdə öz sözünü deyəcək: sönük mədəniyyət mühiti olan bölgələrimizdə hansısa biznes adamının klub alıb, bu profil üzrə uğur qazanacağı absurddur.

Sabirabad rayonun Azadkənd kənd mədəniyyət evinin 180 kvadratmetr sahəsi var. Əmlak Məsələləri Dövlət Komitəsi onu torpaq sahəsi ilə birlikdə 3 min manata satmağı planlaşdırır. Buranın heç işçisi də yoxdur.

Kinoteatr idi, restoran oldu

Mədəniyyət evləri və klubların profilini müəyyən etməkdə investorların sərbəst qərar verəcəklərini ƏMDK-nın sözçüsü Qulu Xəlilov da AzadlıqRadiosu-na təsdiq edib.

2008-ci ildə Bakı və ölkənin digər şəhər və rayonlarında kinoteatrların satışına başlandı. İndi onların bir çoxu təyinatını dəyişib. Məsələn, 2014-cü ildə Sumqayıtdakı «Vaqif» kinoteatrı əsaslı təmir olunub və restoran xidməti göstərir.

Mədəniyyət evlərinin və klublarının satışı haqda qərarı ƏMDK 2016-cı ilin dördüncü rübündə verib. Ümumilikdə şəhər, rayon və kəndlərdə yerləşən 2507 bu tipli obyekti kiçik müəssisə kimi hərraca çıxarmaq nəzərdə tutulur. Hökumət mədəniyyət evlərini və klubları nədən dövlət büdcəsindən maliyyələşdirməkdən imtina etdiyini və onları özəl əllərə verməyə qərar verdiyini indiyədək şərh etməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG