Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 10:40

Rusiyada matəm günüdür


Sibirin Kemerovo şəhərindəki ticarət mərkəzində yanğında ölənlərə görə martın 28-də Rusiyada matəm günüdür. Bu gün ilk dəfn mərasimləri keçirilməlidir.

Fövqəladə hallar nazirinin müavini Vladlen Aksyonov martın 28-də jurnalistlərə deyib ki, daha itkin düşənlər barədə informasiya gəlmir və yanğında çoxu uşaq olmaqla 64 nəfərin öldüyü təsdiqlənib.

İtkin düşən yoxdur. Yaxınlarının harada olmasından bixəbər ailələrdən daha informasiya almırıq. ‘Zimnyaya Vishnya’ ticarət mərkəzində 64 nəfərin öldüyü təsdiqlənib”, – Aksyonov deyib.

Rəsmilər onu da deyib ki, yanğında xəsarət alanların sayı ötən gecə 76-ya qalxıb, onlardan 25-i xəstəxanaya yerləşdirilib. Ölənlərdən 27-nin kimliyi müəyyənləşdirilib, azı 13-ü uşaqdır. Digərlərinin kimliyinin müəyyənləşdirmək üçün DNT analizinin gərəkdiyi və bunun 2 həftə çəkə biləcəyi bildirilib.

***

Rusiya rəsmiləri Sibir supermarketində baş vermis ölümcül yanğınla bağlı etiraz aksiyası keçirənləri kəskin tənqid edirlər.

Yanğın nəticəsində əksəriyyəti uşaqlar olmaqla, çox sayda insan həyatını itirib.

Amma belə görünür ki, məsuliyyətsizlik ucbatından baş vermis bu faciəyə minlərlə insanın mitinqlə etiraz bildirməsi regional rəhbərləri qəzəbləndirib.

İş o yerə çatıb ki, Kemerovo regional qubernatorunun müavini yanğında arvadını və üç uşağını itirmiş etirazçının “özünü reklam etdiyini” deyib.

Martın 27-də prezident Vladimir Putinlə görüşdə Kemerovo qubernatoru Aman Tuleyev iddia edib ki, şəhər mərkəzində mitinq edənlər “yanğında həlak olanların qohumları yox, daimi xatakarlardır”.

Kömürçülük regionu olan Kemerovaya 1997-ci ildən rəhbərlik edən Tuleyev deyib: “Biz onlarla işləyirik və deyirik: Siz belə edə bilməzsiniz. Bu vicdansızlıqdır. Bu kədər vaxtıdır, sizsə vəziyyətdən istifadə edib problemlərinizi çözmək istəyirsiniz”.

Tuleyevin bu sözləri istər sosial mediada, istərsə də mitinqçilərin arasında dərin hiddət doğurub. Etirazçılardan Vostrikov adlı biri mikrofonu götürərək buradakı rəsmi nümayəndədən qubernatorun dedikləri ilə razılaşıb-razılaşmadığını soruşub.

Kemerovo qubernatorunun müavini Sergey Tsivilyov isə Vostrikova deyib: “Cavan oğlan sən bu faciədən özünü reklam etmək üçün fürsətlənirsən?”

Vostrikov cavabında bütün ailəsinin yanğında öldüyünü bildirib.

Tuleyevin və Tsivilyovun davranışı Rusiyada bir çoxlarının kəskin tənqidinə tuş olub. Hətta Kremlə sədaqətli media təmsilçisi Konstantin Rıkov Tsivilyovu “heyvan” adlandırıb.

Müxalifət mediası xartırladır ki, Tsivilyov Putinin yaxın adamı olan Gennadi Timçenkoya məsxsus yerli kömür şirkətinin direktorudur.

Putin Tsivilyovu qubernator müavini vəzifəsinə bu ayın əvvəllərində təyin edib. Media onun tezliklə Tuleyevin yerinə keçəcəyindən yazırdı.

Faciənin müzakirəsi zamanı birdən-birə “demoqrafiyadan” danışan Putinin özü də kəskin tənqidlə üzləşib.

Putin yanğından ziyan çəkənlərin kiçik bir qrupu ilə söhbətində deyib: “Biz demoqrafiyadan bu qədər danışırıq, adamlardan övlad dünyaya gətirməyi xahiş edirik, burada isə belə şeylər baş verir…”

Liberal müxalifətin nümayəndəsi Dmitri Qudkov bununla əlaqədar yazır ki, “Putin faciə barədə danışarkən demoqrafiya və statistikadan başqa söz tapmayıb”.

Rusiya müxalifətinin liderlərindən Aleksey Navalnı deyib ki, “öz kürsülərində 20-25 il oturanqələmtutanlardan” bundan başqa heç nə gözləmək olmaz.

Maraqlıdır ki, bu arada Kremlə bağlı media faciə ilə bağlı tənqid səsləndirən müxalifəti hədəfləyir. Kremlin insan haqları ombudsmanı Tatyana Moskalkova Instagramda yazır ki, “özlərini xarici sponsorların gözündə ucaltmağa çalışan müxalifət faciədən siyasi kapital qazanmaq üçün fürsətlənir”.

Putinlə görüşdə Tuleyev də deyib ki, onun əsas vəzifəsi “adamların faciəsindən istifadə edən quzğunların” qarşısını almaqdır.

Tuleyev öz ərazisində baş vermis bu faciəyə görə prezidentdən şəxsən onu bağışlamasını xahiş edib.

Tənqidçilər isə bildirirlər ki, Tuleyev Putindən yox, faciə qurbanlarından üzrxahlıq etməliydi.

Amma onun müavini Tsivilyov hər halda üzr istəməli olub.

O sonunda mitinqçilərin qarşısında sözün əsl mənasında diz çöküb.

XS
SM
MD
LG