Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:41

QHT sədrinə ittiham: 'Uşaqlar üçün ayrılan ərzaqlar evə aparılırdı'


K.Ağazadə
K.Ağazadə

«Azərbaycan Uşaqları» İctimai Birliyinin sədri, efirdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı ekspert qismində çıxış edən Kəmalə Ağazadə uşaqlara çatası ərzaqların mənimsənilməsində suçlanır. Onun ünvanına bu ittiham mayın 17-də öz məhkəməsində səslənib.

K.Ağazadə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Dələduzluq, rüşvət verməyə cəhd kimi ittihamlarla cinayət məsuliyyətinə cəlb olunan QHT rəhbəri həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Mayın 17-də məhkəmədə ittiham aktı elan olunub. İttihamda yazılıb ki, təşkilat rəhbəri 1998-ci ilin oktyabrından indiyə qədər «Azərbaycan Uşaqları»nın sədri kimi bir sıra layihələrdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edib, bu qurumun vəzifəli şəxsləri ilə ünsiyyətdə olub.

Azərbaycanda HIV/AIDS epidemiyasına qarşı cavab tədbirlərinin təkmilləşdirilməsi ilə bağlı layihənin icrası üçün müxtəlif adamlarla müqavilələr bağlanıb. Beş aylıq müqavilənin müddəti bitəndə K.Ağazadə həmin şəxslərə Səhiyyə Nazirliyindəki vəzifəli şəxsə rüşvət verib əməkdaşlıq müqaviləsinin müddətini uzadacağını deyib. İddia olunur ki, təşkilat rəhbəri «Azərbaycan Uşaqları»nın yerləşdiyi binada o adamlardan Səhiyyə Nazirliyinə vermək adıyla pul alıb.

K.Ağazadə özünü təqsirli bilməyib. Deyib ki, ittihamda yazılanlar, zərərçəkmiş qismində tanınan şəxslərin söylədikləri şər-böhtandır. Məqsəd isə onu təcrid edib təşkilatı ələ keçirməkdir.

'Uşaq it deyil ki...'- Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

«Özüm də, övladım da insan alverinin qurbanı olmuşuq»

Zərərçəkmiş qismində tanınan şəxslər məhkəmədə də onu ittiham ediblər.

Məsələn, zərərçəkmiş Həcər Kəngərli təşkilat sədrini Səhiyyə Nazirliyinə vermək adıyla onun 3 min 600 manat pulunu alıb qaytarmamaqla yanaşı, başqa bir əməldə də suçlayıb: «Kəmalə xanım insan alverinə qarşı mübarizə apardığını deyir. Amma mən özüm, övladım insan alverinin qurbanı olub. Mənim övladım abort etdirilərək tələf olub. Bunun səbəbkarı və günahkarı da Kəmalə Ağazadədir».

Təqsirləndirilən QHT rəhbəri zərərçəkmişin söylədiklərindən təəccübləndiyini, bütün bunların yalan olduğunu bildirib.

K.Ağazadənin vəkili Aqil Layıcov aborta məcbur etmə iddiasının araşdırılmasından ötrü xüsusi qərar çıxarılmasını istəsə də, hakim razılaşmayıb. Deyib ki, o məsələnin məhkəmədə araşdırılan cinayət işinə aidiyyəti yoxdur.

Başqa bir zərərçəkmiş Mahirə Sadıqova deyir ki, təşkilatda psixoloq kimi fəaliyyət göstərib, ondan layihənin uzadılması üçün 2 min 100 manat alınıb, amma istintaq dövründə qaytarılıb: «O pul Səhiyyə Nazirliyinə rüşvət kimi veriləcəkdi...».

«Mən uşaqlara ayrılan ərzaqdan aparmışam»

M.Sadıqovanın iddiasına görə, uşaqlar üçün gətirilən ərzaqları evə aparırdılar: «Bu yük indi də mənim çiynimdədir. Mən uşaqlara ayrılan ərzaqlardan aparmışam. Bunu Kəmalə Ağazadə özü təklif edib. Biz də maaş almadığımız üçün bunu etmişik...».

K.Ağazadə onun yalan danışdığını söyləyib: «Mahirə Sadıqova və həyat yoldaşı Dadaş Əhmədov uzun illər mənim yanımda işləyib. Dadaş Əhmədov təşkilatı ələ keçirmək istəyirdi. Həm də təşkilatdan ərzaq apardıqları üçün onları işdən kənarlaşdırmışam».

Məhkəmə davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG