Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 21:39

Müsəlman konqresmen Demokratların sədri seçilə bilər


Keith Ellison

ABŞ Konqresinə seçilmiş ilk müsəlman, Minnesotadan olan Keith Ellison Demokrat partiyasının Milli Komitəsinin (DMK) sədri seçiləcəyi halda Konqresdəki yerindən imtina etmək niyyətini açıqlayıb.

"Demokrat Milli Komitəsinin sədri seçkisini qazansam, Konqres üzvlüyündən istefa vermək qərarına gəlmişəm", – deyə o bu günlərdə verdiyi bəyanatda qeyd edib.

SUALLAR

Ellison-a vaxtının tam hissəsini Konqresdə keçirdiyi halda Demokratlar partiyasının yenidən qurulmasına fokuslana bilib-bilməyəcəyi barədə suallar yağdırılıb. Demokrat Partiyasının Milli Komitəsinin sonuncu sədriDebbie Wasserman Schultz eyni zamanda həm də Floridanın Veston dairəsindən seçilmiş Konqres üzvü idi.

Demokrat partiyasının Milli Komitəsinin sədri seçilmək istəyən digər namizədlər Cənubi Karolina Demokrat Partiyasının sədri Jaime Harrison və Nyu Hempşir Demokrat Partiyasının sədri Ray Buckley-dir.

Ötən həftə keçirilmiş bir konfransda Demokratlar partiyasının nüfuzlu donoru Haim Saban Ellisonu antisemitizmdə ittiham edib.

Belgrad, faşizm və antisemitizm əleyhinə beynəlxalq anım günü yad edilir
Belgrad, faşizm və antisemitizm əleyhinə beynəlxalq anım günü yad edilir

“ANTİSEMİTİZMİN BÜTÜN FORMALARINA QARŞIDIR”

"Siz onun mövqelərinə, yazılarına, nitqlərinə, kimlərə səs verməsinə baxsanız, görəcəksiniz ki, o, açıq-aşkar antisemit və antiisrail mövqeyində olan bir şəxsdir. Sözlər əhəmiyyətlidir, hərəkətlər daha da vacibdir. Keith Ellison yəhudi icması ilə Demokratlar partiyası arasındakı münasibətlərə fəlakət olardı", – deyə partiyanın donoru Haim Saban Brookings İnstitutunda keçirilən Saban Forumunda qeyd edib.

CNN-in araşdırma komandası olan KFile Ellison-un keçmiş yazılarını və ictimai bəyanatlarını araşdıraraq onun dəfələrlə Louis Farrakhan və digər qaradərili liderləri antisemitizm ittihamlarından müdafiə etdiyini üzə çıxarıb. Ancaq bu məlumatların heç birində Ellison-un özünün hər hansı antisemit ifadələr işlətdiyi gözə dəyməyib.

Ellisonun sözçüsü bu yaxınlarda CNN-ə deyib ki, Ellison "antisemitizmin bütün formalarına qarşıdır". Sözçü həmçinin qeyd edib ki, "sağ cəbhə illərdir konqresmen Ellisonla yəhudi icmasının arasını vurmaq üçün bu hekayələri ortaya atır".

ABŞ-da seçkilər, 2 dekabr 2016
ABŞ-da seçkilər, 2 dekabr 2016

SANDERS-İ DƏSTƏKLƏYİB

Keith Ellison 2016-cı ilin prezident seçkilərində öncə Bernie Sandersi dəstəkləyib. Daha sonra o deyib ki, demokratların ağdərili işçi sinfin Donald Trump-a uduzduqları səslərini geri qaytarmasına kömək etmək istərdi.

"Ancaq bu məqamda, Demokrat Partiyası işçi sinif üçün çalışan partiya olmalıdır. Mənə görə bu, yalnız bir tam vəzifəsi olan sədr deməkdir", – deyə o bildirib.

Hazırda, iyuldan bəri partiyanın Milli Komitəsinin sədri vəzifəsini Donna Brazile icra edir. Bundan öncəki sədr Wasserman Schultz Wikileaks-ə sızmış elektron məktublar ətrafında yaranmış qalmaqal səbəbindən istefa verməli olmuşdu.

Xatırladaq ki, Wikileaks-in dərc etdiyi məktublardan bəziləri DMK-nın senator Bernie Sanders-in kampaniyasını zəiflətməyə çalışdığını göstərir. Sızmadan sonra partiyanın Milli Komitəsi Bernie Sanders-dən üzr istəməli olmuşdu.

XS
SM
MD
LG