Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:39

Keçmiş nazir: Nəinki sinifdənxaric ədəbiyyatlar, dərsliklər də bərbad vəziyyətdədir


Baku Crystal Hall büdcəyə ziyan vurmağa başlayır - Meqa layihələr hökumətə niyə yükə çevrilir?
Gözlə

No media source currently available

0:00 0:14:28 0:00

Baku Crystal Hall büdcəyə ziyan vurmağa başlayır - Meqa layihələr hökumətə niyə yükə çevrilir?

Azərbaycanda orta məktəblərdə dərsliklərlə bağlı müzakirələr illərdir gedir. Bu günlərdə sosial şəbəkələrdə yenidən gündəmə gəlib. İbtidai siniflər üçün sinifdənxaric oxu vəsaiti kimi təqdim olunan “Azərbaycan Nağılları” kitabında və müvafiq saytda yerləşdirilmiş “Göy mıncıx” nağılı narazılıqla qarşılanıb və müzakirələrə səbəb olub.

Keçmiş təhsil naziri Firidun Cəlilov isə deyir ki, nəinki sinifdənxaric ədəbiyyatlarda, ümumiyyətlə dərsliklər bərbad vəziyyətdədir:

“Təhsilin bir neçə məhəg daşı var. Onlardan biri də dərsliklərdir. Biz artıq köhnə əsrdə yox, yeni əsrdə yaşayırıq. Dərslərin, dərsliklərin keyfiyyəti dəyişməlidir. Niyə bəzi valideynlər uşaqlarını azərbaycan bölməsinə yox, rus bölmələrində oxutmaq istəyir? Bunun əsas səbəblərindən biri məhz dərsliklərdir. Çünki rus bölmələrində dərsliklər mükəmməl hazırlanır, peşəkar müəlliflər yazırlar. Bu mənada dərsliklərimizdə çox böyük qüsurlar var. Bu sadaladığım məsələləri görməzdən gəlmək bütövlükdə təhsilimizə vurulan ən böyük zərbədir”.

Uşaq Ədəbiyyatı Antologiyası
Uşaq Ədəbiyyatı Antologiyası

​Azərbaycanda dərsliklər tender əsasında hazırlanır. Əvvəllər dərslikləri keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının indiki Dövlət İmtahan Mərkəzi-nin mütəxəssisləri monitorinq edirdi. Elmi-metodiki monitorinqin nəticələri ictimaiyyətə açıqlanırdı. Amma 2017-ci ildən bu monitorinqlər də keçirilmir. Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, yeni əsasnaməyə əsasən bu cür monitorinqlər ancaq Təshil Nazirliyinin sifarişi əsasında aparılır və nəticələr ictimaiyyətə açıqlanmır:

“Bu Təhsil Nazirliyi ilə razılaşma əsasında keçirilir və nəticələr Təhsil Nazirliyinə təqdim olunur. Əvvəllər belə idi ki, biz istifadədə olan istənilən dərsliyi monitorinq edib, rəyləri bütün ictimaiyyətə açıqlayırdıq. Amma sonradan Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs statusu alandan sonra əsasnaməmizə əsasən ancaq Təhsil Nazirliyinin sifarişi ilə bu işi aparırıq”.

Xanlar Xanlarzadə bildirir ki, 2017-ci ildən bəri apardıqları monitorinqlərin nəticələri Təhsil Nazirliyinə təqdim olunub. Başqa sözlə, bu rəyləri ictimaiyyətə açıqlamaq Təhsil Nazirliyinin istəyindən aslıdır. Biz həm sözügedən rəylər, həm də dərsliklərlə bağlı səslənən iradlara Təhsil Nazirliyinin də münasibətini öyrənməyə çalışdıq. Lakin gün ərzində nazirliyin mətbuat xidməti telefonu açmadı.

Amma təhsil eksperti Nadir İsrafilov düşünür ki, ötən illərdə dərsliklərlə bağlı nazirlik xeyli işlər görüb. Nazirliyin nəzdində qiymətləndirmə şurası yaradılıb.

Nadir İsrafilovun fikrincə, dərslik probleminin hələ də həllini tapmasının səbəbləri daha dərindir. Biz bu haqda günün digər əsas xəbərlərindən sonra danışacağıq bizi izləməkdə davam edin.

Azərbaycanda orta məktəblərin dərslik problemindən danışırıq. Keçmiş təhsil naziri Firudin Cəlilov düşünür ki, dərsliklərdə ciddi nöqsanlar var və ümumilikdə təhsilin keyfiyyətinə təsir edir. Başqa bir ekspert Nadir İsrafilovsa deyir ki, uzun illərdir o da dərslik probleminin kəskin tənqidçilərindən olub. Lakin, özəlliklə, Mikayıl Cabbarov təhsil naziri olduğu dönəmdən bu problemin həlli istiqamətində ciddi addımlar atılıb:

“Dərsliklərdə müəyyən nöqsanlar olub, bu gün də var. Amma bu nöqsanların aradan qaldırılması istiqamətində müəyyən işlər gedir. Yəni, bu məsələ dəfələrlə ekspertlər, ictimaiyyət tərəfindən gündəmə gətirilib. Hətta şagirdlərin özü belə dərsliklərdə səhvlər tapıblar. Bu cür hallar da olub. Təhsil Nazirliyinin keçmiş rəhbərliyi bu ictimai rəyə lazımi əhəmiyyət verməyib. Amma təhsil nazirliyinin yeni rəhbərliyi bu məsələlərə həssaslıq göstərir. Bütün tənqidləri nəzərə alır. Misal kimi Təhsil İnstitunun nəzdində xüsusi dərsliklər və tədris vəsaitləri şöbəsinin yaradılmasını, dərslikləri qiymətləndirmə şöbəsinin üzvlərinin səsverməs əsasında seçilməsini göstərə bilərəm”.

Nadir İsrafilov düşünür ki, bu proses yeni başlayıb. Ona görə də qısa müddətdə həlli mümkün deyil.

Bəs, Bakı sakinləri necə orta məktəb dərsliklərinin səviyyəsindən razıdılarmı? Bakıda keçirdiyimiz qısa sorğu:

Orta məktəb dərsliklərinin səviyyəsi sizi nə dərəcədə qane edir?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Ekspertlər dərsliklərdəki nöqsanlara səbəblərdən biri kimi təsadüfi müəlliflərin əsərlərindən istifadəni göstərirlər. Təhsil eksperti Kamran Əsədov deyir ki, inkişaf etmiş ölkələrdə Dərslik institutları olur və orada təcrübəli, dərslik yazmaq üzrə ixtisaslaşmış müəlliflər çalışırlar. Ona görə də dərsliklərində Azərbaycandakı kimi olmur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG