Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Harry Potter kitablarını oxumaq ruhları ‘oyada’ bilərmi?


Birləşmiş Ştatların Tennesi ştatındakı katolik məktəblərindən biri JK Rowling-in bütün dünyada məşhur Harry Potter romanlarının məktəb kitabxanasından çıxarılmasına qərar verib.

Bu ona görə baş verib ki, məktəbin dini hamisi olan keşiş kitabdakı əfsun və caduların təhlükəli olduğunu bildirib.

Keşiş deyib ki, kitabların mütaliəsi zamanı bu əfsun və caduların oxunması “şər qüvvələrini canlandıra bilər”.

The Independent yazır ki, Keşiş Dan Reehill qərarını Neşvildəki Müqəddəs Edward katolik məkətəbində oxuyan şagirdlərin valideynlərinə göndərdiyi e-mail-də izah edib. O yazıb ki, 7 cildlik Potter silsiləsini qadağan etməzdən əvvəl ABŞ-dakı və Vatikandakı cindarlarla məsləhətləşib:

“Bu kitablar tilsimi həm xeyir, həm də şər qüvvə kimi təqdim edir. Lakin bu həqiqət yox, ağıllı düşünülmüş yalandır. Bu kitabda təsvir olunan əfsun və cadular real əfsun və cadulardır. Onları oxuyan insan şər ruhları canlandıra bilər”.

Neşvilin katolik dyakonluğundakı məktəblərin müfəttişi Rebecca Hammel deyib ki, müqəddəs ata Rehill belə qərarları qəbul etməyə tam səlahiyyətlidir.

Hammel bildirib ki, sözü gedən məktəbdə kitabxana yenicə açılıb. Bundan sonra kitabların dini nəzərdən saf-çürük edilməsinə başlanıb.

Lakin xanım Hammel əlavə edib ki, bu qərar şagirdlərin valideynlərin razılığı ilə Harry Potter kitablarını oxumasını qadağan etmir:

“Biz belə təftişlər etməklə senzuraya varmaq istəmirik. Biz sadəcə olaraq məktəb kitabxanalarındakı kitabların şagirdlərimizin yaşına uyğun olmasına nəzarət edirik”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG