Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

'O vəsiqəni obyektlərdə göstərib,...'- Məhkəmədə ittiham


Kassa aparatı
Kassa aparatı

Sədərək gömrüyünün keçmiş müfəttişi vergi müfəttişi adıyla adamları aldatmaqda suçlanır. Hüseyn Səfərov dələduzluq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, rüşvət verməyə təhrik ittihamlarıyla məhkəmə qarşısına çıxarılıb. İddia olunur ki, o, işçisi Kamil Əliyevlə birləşib, müxtəlif ticarət, xidmət obyektlərindən pul alıblar.

Cinayət işinin materiallarında yazılıb ki, H.Səfərov «Vergi və mühasibatlıq xidmətləri» adlı MMC yaradıb, bu qurumun vəsiqəsini hazırlayıb. Həmin vəsiqə görünüş, rənglər baxımından vergi əməkdaşlarının vəsiqəsinə oxşadılıb. İttihamnaməyə görə, o vəsiqəni obyektlərdə göstərib, özlərini vergi departamentinin işçisi kimi təqdim ediblər. Obyektdə vergiyə aid çatışmazlıqları (kassa aparatının olmaması və s.) deyib, pul alıblar.

Bu yolla 9 obyektin sahibinə ümumilikdə 4 min manatdan çox ziyan vurulduğu iddia edilir.

Amma H.Səfərov və K.Əliyev özlərini təqsirli bilmirlər. Deyirlər ki, ittihamda yazılanlar yalandır, müstəntiqin uydurmasıdır.

H.Səfərov bildirir ki, 2013-cü ildə adıçəkilən MMC-ni yaradıb. Bu qurum vətəndaşlara vergi öhdəliklərini yerinə yetirməkdə köməklik göstərib, müqabilində də xidmət haqqı alıb: «Biz, məsələn, kassa aparatı alınması, VÖEN açdırılması, rüblük hesabatların verilməsi kimi məsələlərdə kömək etməklə xidmət göstərmişik. Bizə pulu da o xidmətlərin müqabilində veriblər. Vəsiqəmizi də vergi işçilərinin vəsiqəsinə oxşatmamışıq».

O deyir ki, K.Əliyev MMC-də 2017-ci ilin yanvarından işləməyə başlayıb. Ancaq ittihamda bundan öncəki tarixə aid epizodlar da yer alıb.

Obyekt sahibləri isə istintaqa ifadələrində onlardan vergi departamentinin işçisi kimi pul alındığını iddia ediblər. Onlar məhkəmədə də dindiriləcəklər. Cinayət işində söhbət qanun pozuntusuna görə pul verməkdən getdiyi üçün bu, rüşvət kimi dəyərləndirilib. Ona görə də obyekt sahibləri zərərçəkmiş yox, şahid qismində tanınıblar.

Təqsirləndirilən şəxslərin ittiham olunduğu CM-nin 178 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.312 (rüşvət verməyə təhrik) maddələrində 8 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG