Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:26

Trum-ın namizədi Ali məhkəməsinin hakimi seçildi


Brett Kavanaugh
Brett Kavanaugh

Brett Kavano (Brett Kavanaugh) ABŞ Ali məhkəməsinin hakimi seçilib.

Reutersin məlumatına görə, ABŞ Senatı bundan bir neçə saat əvvəl onun bu vəzifəyə namizədliyini təsdiqləyib.

Kavano-nun namizədliyini Prezident Donald Trump verib.

Bir neçə yüz adam mərasim vaxtı Ali Məhkəmənin Vaşinqtondakı binası qarşısında etiraz aksiyası keçirib.

Müşahidəçilər qeyd edir ki, indi ABŞ-ın Ali Məhkəməsində mühavizəkarlar çoxluq təşkil edirlər.

Belə ki, hakimlərdən 5-i mühavizəkar, 4-ü isə liberal baxışlıdır.

Kavano-nun bu vəzifəyə namizədliyinin təsdiqlənməsi bir neçə ay vaxt aparmışdı.

Demokratlar hesab edir ki, belə bir adamın bu vəzifəyə təyinatı, abortun leqallaşdırılması ilə bağlı qanunun ləğvinə səbəb ola, habelə keçmiş prezident Barack Obamanın səhiyyə sahəsində apardığı islahatları təhlükə altında qoya bilər.

Bundan başqa demokratlar, bir neçə qadının onu cinsi qısnamada ittiham etməsi ilə bağlı hərtərəfli istintaq aparılmasını tələb edirlər.

Respublikaçılar bu ittihamlara heç bir sübut olmadığını deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG