Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Respublikaçılar Kavanaugh-nın təsdiqini bir həftə ləngitmək barədə razılığa gəldilər


Brett Kavanaugh sentyabrın 27-də Ədliyyə Komitəsinə ifadə verərkən
Brett Kavanaugh sentyabrın 27-də Ədliyyə Komitəsinə ifadə verərkən

Senatdakı respublikaçılar onun barəsində nalayiq cinsi davranış iddialarının FTB tərəfindən araşdırılmasına imkan yaratmaq məqsədilə Ali Məhkəmə hakimliyinə namizəd Brett Kavanaugh-nın Senatda təsdiqinin bir həftə ləngidilməsinə razılıq veriblər.

Bu barədə məlumatı sentyabrın 28-də Senatın Ədliyyə Komitəsi yayıb.

Bəyanatda deyilir ki, FTB-nin araşdırması sırf bu iddianın təhqiq edilməsilə məhdudlaşacaq və bir həftədən çox davam etməyəcək.

Senatda əldə edilmiş bu razılaşma FTB-nin təhqiqat aparıb-aparmamasına dair qərarın çıxarılmasını Ağ Evin ixtiyarına buraxır.

Prezident Trump bundan əvvəl bu məsələdə Respublikaçı Partiyanın lideriliyi ilə razılaşacağına işarə etmişdi.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Birləşmiş Ştatlarda Senatın Ədliyyə Komitəsi partiya mənsubiyyəti prinsipi ilə səs verərək Ali Məhkəmə hakimliyinə namizəd Brett Kavanaugh-ın nominasiyasını Senata göndərib.

Sentyabrın 28-də keçirilən səsvemədə 11 leyhinə, 10 əleyhinə nəticəsi alınıb . Bundan bir gün əvvəl respublikaçılar Kavanaugh-nı ona cinsi təcavüzə cəhddə günahlandıran Christine Blasey Ford-un ifadəsini dinləmişdilər.

Son dəqiqədə respublikaçı senator Jeff Flake deyib ki, o Senatda Kavanaugh-ya səs verəcəyini vəd etmir. Flake iddiaların araşdırlması üçün Senat müzakirəsinin bir həftə ləngidilməsinə çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG