Trump-ın Ali Məhkəməyə namizədi ‘nalayiq cinsi davranışda’ ittiham olunurrezidenti Donald Trump-ın Ali Məhkəmə hakimliyinə ən son nominasiyası keçmişdə cinsi nalayiq davranışı barədə iddialara görə potensial çətinliklə üzləşə bilər.
Respublikaçı Brett Kavanaugh Trump-ın ömürlük olan bu vəzifəyə ikinci nominasiyasıdır. O Ali Məhkəmənin 9 hakimindən biri olmalıdır. Onun namizədliyinin Senatda təsdiqlənməsi Ali Məhkəmədəki qüvvələr balansını mühafizəkarların xeyrinə dəyişə bilər.
Beləliklə onun nominasiyası ən azı ləngiyə bilər, çünki Kavanaugh-nı nalayiq cinsi hərəkətdə ittiham edən qadın 1980-ci illərdə baş verdiyi iddia edilən bu məsələni sentyabrın 16-da ictimailəşdirib.
İndi 51 yaşı olan Christine Blasey Ford iddia edir ki, o ali məktən tələbəsi olduğu vaxtlarda “lül-qənbər” Kavanagh onu yatağa çəkib, ona toxunub və paltarını çıxartmağa çalışıb.
Ford deyib ki, indi 53 yaşı olan Kavanaugh insident zamanı əli ilə onun ağzını bağlayıb ki, qız qışqıra bilməsin.
Xanım Fordun vəkili Debra Katz NBC Today proqramına deyib ki, onun müştərisinin fikrincə Brett Kavanaugh son dərəcə kefli olmasaydı onu zorlaya bilərdi.
Kavanaugh sentyabrın 17-də bu iddiaları “qətiyyətlə və birmənalı” şəkildə rədd edib və Ağ Ev də onun bu bəyanatını təkrarlayıb.
Katz deyib ki, xanım Ford başına gələnləri Senatın Ədliyyə Komitəsi qarşısında danışmaq istəyir. Senatın bu komitəsi Kavanaugh-nın namizəliyi barədə dinləməni sentyabrın 20-də keçirməlidir. Xanım Fordun açıqlamalarından sonra respublikaçılar səsvermədən əvvəl müzakirə aparmağı qərara alıblar.
Ağ Evin müşavirlərindən Kellyanne Conway deyib ki, xanım Ford “ifadəsini and altında və Konqresdə veməlidir”.
Respublikaçılar Senatda 51-49 nisbəti ilə çoxluğa malikdirlər və əgər səsvermə nəticəsi qeyri-müəyyən olarsa, vise-prezident Mike Pence də səs verməli olacaq.
Məhz buna gərə də demokratlar bir neçə respublikaçının dəstəyi olnmadan Kavanaugh-nın təsdiqlənməsini əngəlləyə bilməzlər.