Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:01

Kataloniya müstəqillik qərarından geri çəkilir


Kataloniya prezidenti Carles Puigdemont müstəqlliyin bəyan edilməsindən geri çəkilib
Kataloniya prezidenti Carles Puigdemont müstəqlliyin bəyan edilməsindən geri çəkilib

Oktyabrın 10-da Kataloniya lideri bölgənin İspaniyadan tam müstəqillyinin elan edilməsi mövqeyindən geri çəkilib.

O bildirib ki, bu addımı regionun gələcək statusu məsələsinin Madridlə müzakirə edilməsinə imkan yaratmaq məqsədilə atır.

Reuters bildirir ki, Carles Puigdemont-un muxtar regionun parlamentində verdiyi bu bəyanat Kataloniyanın müstəqilliyinə tərəfdar olan minlərlə insanı məyus edib.

Onlar parlament binasının qarşısına toplaşaraq tezliklə müstəqillik bəyannaməsinin elan edilməsini gözləyirdilər.

Puigdemont bütün tərəflərdən təzyiq altında idi. İspaniya hökuməti müstəqillyin elan ediləcəyi təqdirdə bölgənin birbaşa Madriddən idarə ediləcəyinə dair xəbərdarlıq vermişdi.

Həm İspaniyanın baş naziri Mariano Rajoy, həm də Avropa Şurasının prezidenti Donald Tusk Puigdemont-a müstəqlliyin elan edilməməsini tapşırmışdı.

Müstəqllik bəyannaməsinin təxirə salınması ayrılmaq tərəfdarlarını məyus edib
Müstəqllik bəyannaməsinin təxirə salınması ayrılmaq tərəfdarlarını məyus edib

Puigdemont-un hökuməti oktyabrın 1-də keçirilmiş müstəqillik referendumundan bəri Madridlə qarşıdurmada idi.

İspaniya məhkəməsi bu referendumun qanunsuz olması barədə qərar qəbul etmişdi.

Katalan hökuməti bildirirdi ki, referndumda bölgə seçicilərinin 43 faizi iştirak edib, lakin onların 90 faizi muxtar bölgənin İspaniyadan ayrılmasına səs verib.

Puigdemont Barselonanın regional məclisinə bildirib ki, referendumun nəticəsi müstəqillik üçün mandat verir.

O habelə bildirib ki, referendumun nəticələri barədə aktı bölgə rəsmiləri imzalayıblar.

Bu sənəddə bütün dövlətlər və beynəlxalq təşkilatlar Kataloniya Respublikasının rəsmən tanınmasına çağırılır.

Reuters yazır ki, Kataloniya qarşıdurması 1981-ci ildə baş tutmamış hərbi çevrilişdən bu yana İspaniyanın siyasi həyatında ən böyük böhrandır.

İndi Rajoy-un mühafizəkar hökuməti bütün tərəflərlə birlikdə atılacaq növbəti addımları müzakirə etməyə hazırlaşır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG