Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:31

Əli Həsənovun xanımına maliyyə ziyanı vurmaqda ittiham edilənlərə şərti cəza tələbi


Sona Vəliyeva
Sona Vəliyeva

Prezidentin ictimai-siyasi məsələlər üzrə kِöməkçisi Əli Həsənovun xanımı Sona Vəiyevaya məxsus “Kaspi Liseyi”ndən 565 min manatlıq mənimsəmə ilə bağlı məhkəmə araşdırmaları yekunlaşdı.

Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu işdə dövlət ittihamını müdafiə edən prokuror çıxış edib.

Prokuror təqsirləndirilən şəxslər - liseyin baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyevə verilən ittihamın (liseyə ödənilən təhsil haqlarından 565 min manat mənimsəmə) məhkəmədə sübuta yetirildiyini deyib. Amma cəza məsələsində təklif edib ki, onlara CM-in 62-ci maddəsi tətbiq olunsun. Bu maddə ittiham maddəsindəki cəzanın aşağı həddindən daha az cəza verilməsini nəzərdə tutur.

Tural Məmmədov və Fərahim Möhbalıyevin ittiham edildiyi CM-in 179.4 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsində 10 ildən 14 ilə qədər cəza nəzərdə tutulub.

Prokuror deyib ki, onların ilk dəfə məhkum edilməsi, himayələrində azyaşlı uşaqların olması yüngülləşdirici hallardır. Bu əsasla da hər ikisinə 6 il həbs cəzası verilməsini, amma həmin cəzanın 3 il sınaq müddətilə şərti sayılıb, məhkəmə zalından azadlığa buraxılmalarını istəyib.

Bundan sonra zərərçəkmiş tərəfin - “Kaspi Liseyi”nin nümayəndəsi çıxış üçün vaxt istəyib. Ona və təqsirləndirilən şəxslərin vəkillərinə oktyabrın 21-nə qədər vaxt verilib.

Xatırlatma

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul öِdənilib. Ancaq bu vəsaitin 565 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Tural Məmmədov öِzünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini gِötürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır:

“Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini gِötürüb-gِptürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını öِzümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri öِdəmək üçün də 1 il mِöhlət verməsini xahiş etdim. Amma bu ərizəni məndən alandan yarım saat sonra polislər gəlib bizi apardı”.

Digər təqsirləndirilən Fərahim Mِöhbalıyev onunla əlbir olmadığını deyən Tural Məmmədov deyir ki, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da “Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib.

Fərahim Mِöhbalıyev isə öِzünü təqsirli saymır.

Bir müddət öِncə Sona Vəliyeva da təsisçisi olduğu şirkət haqqında səslənən fikirlərə münasibət bildirib.

"Həyat yoldaşım Əli Həsənovun Azərbaycan prezidentinin kِöməkçisi olması, olduqca həssas bir sahəyə uğurla rəhbərlik etməsi, öِz vəzifəsinin öِhdəsindən vicdanla gəlməsi, bu kimi ucuz şantaj cəhdlərinə qətiyyən əhəmiyyət verməməsi müxtəlif qarayaxma kampaniyalarına rəvac verib.

Mənim hədəf alındığım bu kimi kampaniyaları idarə edənlərin əsas məqsədi həyat yoldaşımın nümunəvi fəaliyyətinin üzərinə kِölgə salmaq, onun timsalında hakimiyyət nümayəndələri haqqında mənfi rəy yaratmaqdır", - o, "Qafqazinfo"ya belə deyib.

XS
SM
MD
LG