Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 14:25

Yevgeni Kasperski ABŞ məhkəməsinə müraciət edir


Yevgeni Kasperski

Rusiya kibertəhlükəsizlik firması Kaspersky Lab onun məhsullarının ABŞ-ın hökumət idarələrində istifadəsini qadağan edən qərarın ləğv edilməsi üçün federal məhkəməyə müraciət edib.

Bu barədə məlumatı Moskvada mənzillənmiş şirkətin baş icraçı direktoru Yevgeni Kasperski verib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Birləşmiş Ştatların bütün federal qurumlarına Kaspersky məhsullarından imtina etmək göstərişi verib. Nazirlik bunu “Kaspersky Lab nümayəndələri ilə Rusiyanın kəşfiyyat və başqa dövlət orqanlarının rəsmiləri arasındakı bağlarla” izah etmişdi.

Ötən həftə prezident Trump tərəfindıən imzalanmış 700 milyard dollarlıq müdafiə büdcəsi qanununda da ABŞ hökumət agentliklərinə Kaspersky Lab şirkətinin antivirus proqramlarından istifadə qadağan edilir.

Vaxtilə Rusiya Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) texniki universitetində təhsil almış Yevgeni Kasperski öz şirkətinin Rusiya kəşfiyyat və təhlükəsizlik orqanları ilə bağlılığına dair ittihamları dəfələrlə rədd edib.

Kasperski dekabrın 18-də bu barədə Tvitterdə yazıb: "Heç bir sübutsuz qadağan olunmusansa, nə etmək olar? Odur ki, biz öz hüquqlarımızın müdafiəsi üçün məhkəməyə müraciət edirik. Niyə? Çünki biz heç bir əyri iş görməmişik”.

Kasperski özünün ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə açıq məktubunda yazır ki, nazirliyin firmanın məhsullarına qadağan qoyması “şirkətin qanunsuzluğa yol verdiyinə dair heç bir sübut təqdim etmədən Kaspersky Lab şirkətinin reputasiya və kommersiya əməliyyatlarına ziyan vurub”.

Bu ilin əvvəllərində ABŞ kəşfiyyatının Senat komitəsi qarşısında ifadə vermiş vəzifəlilərinin hamısı bildirmişdilər ki, onlar öz sistemlərində Kaspersky antivurisunu heç bir vəchlə işlətməzdilər.

Kaspersky şirkəti ötən dekabrda, ABŞ Milli Təhlükəsizlik Agentliyinin bir keçmiş işçisi məxfi müdafiə informasiyasını öz evindəki kompüterdə saxlamasını etiraf edəndə, xəbər başlıqlarına çıxmışdı.

Həmin işçi - Nghia Hoang Pho evindəki kompüterdə məhz Kaspersky antivirusundan istifadə edirdi və rusiyalı hakerlər də məhz bundan fürsətlənərək məxfi informasiyanı oğurlamışdılar.

Yevgeni Kasperski isə iddia edirdi ki, guya həmin kompüterə düşmüş virus məxfi informasiyanın yayılmasına səbəb olub və ziyanlı proqram Çindən idarə edilirdi.

XS
SM
MD
LG