Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:37

İqtisadçı kartofun bahalaşacağını istisna etmir


Kartof
Kartof

«Hökumət xaricdən idxal edilən kartofa rüsumu iki dəfə artırmaqla daxili istehsalçıları qorumaq niyyətini göstərir. Amma burada maraqlı məqam ondan ibarətdir ki, istehsalın daxili tələbatı tam ödəməsi və ya nə qədər ödəməsi haqda hesabat yoxdur».

«REAL» Partiyasından olan iqtisadçı Natiq Cəfərli bunu Nazirlər Kabinetinin ölkəyə gətirilən kartofun gömrük rüsumunun iki dəfə artırılması ilə bağlı qərarını şərh edərkən bildirib.

N.Cəfərlinin fikrincə, rüsumun artırılması o zaman səmərəli olur ki, yerli istehsal daxili tələbatı tam ödəyə bilsin: «İki il öncə, toyuğun və yumurtanın rüsumunda da oxşar hadisə baş verdi. Amma nəticə istənilən olmadı. Belə ki, xaricdən gətirilən yumurta, toyuq əti baha olduğu üçün yerli istehsalçılar da qiymətləri artırdılar. Bazarda bahalıq yarandı».

N.Cəfərli vurğulayır ki, indi oxşar hadisə təkrarlana bilər. O, ölkəyə idxal edilən kartofun bahalaşacağını və bunun daxili bazara mənfi təsirini istisna etmir.

Kartofa gömrük rüsumu artırıldı

Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılıb.

Nazirlər Kabineti bununla bağlı «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»ndə dəyişiklik edib.

Sənədi baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb.

Qərar dərc edildiyi gündən (05.09.2018) qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

Dəyişiklik «təzə, yanvarın 1-dən iyunun 30-dək» idxala şamil olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG