Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:08

Əhali bahalaşmadan danışır, nazirlik tәkzib edir


Azerbaijan, the village of Qalagay, Sabirabad district, potato harvesting6 Juli 2018

Son bir neçə hәftәdə yerli bazarlarda soğan və kartofun qiymәtinin artdığı bildirilir.

Alıcıların AzadlıqRadiosuna deməsinə görə, soğan bir həftədə 50 qәpikdәn 80 qәpiyә yüksәlib. Kartofun da 20-30 qəpik bahalaşdığı qeyd edilir.

Martın sonlarında da həm soğanın, həm də kartofun qiymətində kəskin bahalaşma baş vermişdi. Soğanın 1 kiloqramı hətta 1 manat 50 qəpiyə yüksəlmişdi.

Həmin vaxt bunu, əsasən kənd təsərrüfatı məhsullarının xarcə ixracı ilə izah edirdilər. Bu məhsulların ixracına bir müddət rüsumun tətbiqi və istehsalın artması yenidən ucuzlaşmaya səbəb olmuşdu.

BƏS İNDİ NƏ BAŞ VERİR?

Ekspertlərin Azadlıq Radiosuna bildirməsinə görə, indi elə mövsümdür ki, istər soğanda, istərsə də kartofda ucuzlaşma olmalıdır. Onlar indi deyilən bahalaşmanı əvvəlki illərlə müqayisədə istehsalın kifayət qədər olmaması ilə izah edirlər.

Ekspertlərdən Vahid Məhərrəmovun bildirməsinə görə, mәhsuldarlığın aşağı düşmәsi də bir neçә sәbәblə bağlıdır. Onun sözlərinə görә, uzun illәr әrzindә Azәrbaycanda torpaqların münbitliyinin bәrpası istiqamәtindә işlәr bir elə də aparılmayıb. V.Məhərrəmovun fikrincə, üstəlik, mineral gübrәlәrin keyfiyyәti də aşağıdır...

RƏSMİLƏR NƏ DEYİR?

Kәnd Tәsәrrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə “Turan” agentliyinə bildirib ki, nazirlik vaxtaşırı olaraq bazarlarda monitorinq aparır. Amma onun sözlərinə görə, soğanın yenidәn bahalaşması ilә bağlı, hәlәki, mәlumat yoxdur:

"Keyfiyyәtdәn asılı olaraq qiymәt dәyişir. Hәr mәhsulun öz qiymәti var. Bu bütün mәhsullarda belәdir. Ortalama götürәndә 2018-ci illə müqayisәdә qiymәtlәr faktiki olaraq eynidir".

İstehsalın azalmasına gəldikdə isə V. Hüseynov bu deyilənlərlə də razılaşmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG