Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Karrubi: ‘30 ildir İranın rəhbərisən, amma müxalifətçi kimi danışırsan…’


Mehdi Karrubi Khamenei-yə açıq məktub yazıb
Mehdi Karrubi Khamenei-yə açıq məktub yazıb

İranın son yeddi ildə ev məhbusu edilmiş islahatçı ruhanisi ölkənin ali rəhbərini “gec deyilkən” böyük islahatlara çağırıb.

Mehdi Karrubi yanvarın 30-da bildirib ki, ayətüllah Ali Khamenei İranın problemlərinə görə xarici “düşmənləri” ittiham etməyi dayandırmalı, bunun əvəzində “son otuz ildə yürüdülən siyasətlərin məsuliyyətinini” öz üzərinə götürməlidir.

Karrubi bəyan edib ki, İrandakı son etirazlar qaçılmaz idi, çünki ölkədə “ədalətsizlik, korrupsiya və ayrıseçkiçilik” hökm sürür.

Dekabrın 28-də Məşhəd şəhərindən başlamış və ölkə boyunca yayılmış etirazlarda 3 min nəfər saxlanıb və azı 25 nəfər öldürülüb.

Özü də ruhani olan Karrubi yanvarın 30-da İranda bloklanmış islahatyönlü Saham News internet xəbər portalında dərc olunmuş açıq məktubunda Khamenei-yə müraciətlə yazır:"Mən səni, nə qədər ki, gec deyil, sistemin struktur islahatlarına çağırıram. Bu sistem o qədər zəifləyib ki, bir neçə min insanın nümayiş keçirməsindən təhlükə ilə üzləşir. Adamları xariclə bağlarının olmasında ittham etməkdənsə, sərt qarşıdurmadansa, onları dinləmək lazımdır”.

Karrubi bunun ardınca yazıb: “Sən üç onillikdir ki, İranın ali rəhbərisən, amma danışanda müxalifətçi kimi danışırsan”.

Karrubi məktubda həm də birbaşa Khamanei-yə tabe İslam İnqilab Keşikçiləri Korpusunun ölkənin siyasi və iqtisadi işlərinə qarışmasını tənqid edib.

Karrubi yazıb: “Bunun fəlakətli nəticələri bugün hamıya aşkardır. Ölkə sərvətinin 50 faizi üzərində heç bir nəzarət olmayan dövlət qurumlarının əlindədir. Yoxsulluq və işsizlik ölkəni bürüyüb”.

Müxalifətçı ruhani bunu da yazıb ki, Khamenei ölkə parlamentini “itaətkar məclisə” çevirib.

Karrubi vurğulayıb ki, qüdrətli Üləmalar Şurası “işi yalnız lideri mədh etmək olan mərasim şürasına dönüb”.

O yanvarın 30-da dərc olunmuş məktubunda İran hakimiyyətini son etirazlar zamanı həbs olunmuş şəxslərin azad edilməsinə çağırıb.

İranın daxili işlər naziri Abdolreza Rahmani Fazli yanvarın 30-da bildirib ki, etirazlarla əlaqədar həbs olunanların yalnız 300 nəfəri hələ də saxlanır.

Keçmiş parlament spikeri 2009-cu ildə saxtalaşdırıldığı iddia olunan seçkiyə kütləvi etirazlara liderlik edib. O həmin seçkidə namizədlərdən biri idi.

Karrubi 2011-ci ildən bəri ev məhbusudur.

İranın sərt xətt-hərəkət tərəfdarı olan ruhaniləri Karrubi-ni “təhrikçi” və “xain” olmaqda ittiham edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG