Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:55

Karimovun ehsan xərclərini məmurlara ödədirlər


Özbəkistan. Böyük şəhərlərdə çox sayda vətəndaş ehsan aşı yeməyə gəldiyindən, xeyli adama aş çatmayıb.
Özbəkistan. Böyük şəhərlərdə çox sayda vətəndaş ehsan aşı yeməyə gəldiyindən, xeyli adama aş çatmayıb.

Özbəkistanın mərhum prezidenti Islam Karimov-un ehsan (Özbəkistanda buna "xudoyi" də deyirlər) xərclərini yerli sahibkarların, büdcə təşkilatları rəhbər və işçilərinin boynuna qoyublar. Azadlıq Radiosunun özbək xidməti bildirir ki, yerli icra hakimləri məhəllə ağsaqqallarına növbə ilə ehsan verməyi tapşırıblar.

Xeyli adama ehsan aşı çatmayıb?

Böyük şəhərlərdə çox sayda vətəndaş ehsan aşı yeməyə gəldiyindən, xeyli adama aş çatmayıb.

Buna da bax: Bu gün Özbəkistan prezidentinin əvəzləyicisi bilinəcək

Özbəkistanda son dörd gün boyunca Islam Karimovun yas mərasimləri keçirilir.

Böyük şəhərlərdə çox sayda vətəndaş ehsan aşı yeməyə gəldiyindən, xeyli adama aş çatmayıb.

Daşkənd və Səmərqəndin bir çox iri restoranlarında süfrələr açılıb və gələn qonaqlara plov verilib.

Bir-birindən asılı olmayan mənbələr Azadlıq Radiosunun özbək xidmətinə bildiriblər ki, Islam Karimov-un ehsan xərcləri yerli sahibkarlara ödətdirilir.

Buna da bax: Muhammad Salih: 'Karimovun çevrəsindən kimsə hakimiyyətə gəlsə...'

Daşkənddəki bir uşaq bağçasının müdiri yazır

Daşkənddə yerləşən bir uşaq bağçasının müdiri AzadlıqRadiosuna yazıb ki, onları prezidentin ehsanını verməkdən ötrü pul toplamağa məcbur ediblər:

"Restoranlarda verilən ehsan plovunun xərcini yenə də büdcə təşkilatı işçilərinin üzərinə qoydular. Bizə dedilər ki, biz Karimov-un yeddisi və iyirmisi (Özbəkistanda “20 mərasimi” də təşkil edilir – red.) üçün tədbirlərin keçirilməsinə pul yığmalıyıq. Prezident sağ olanda da pul yığırdılar, onun ölümündən sonra da. Bunun mərhumun ruhuna nə xeyri dəyəcəyini bilmirəm".

Buna da bax: Fin neyrocərrah özbək prezidentinin son dəqiqələrindən danışıb

Sosial şəbəkələrin istifadəçiləri isə Daşkənddə keçirilən ehsan mərasimlərinə həddindən çox adamın gəldiyini yazıblar.

Sosial şəbəkələrin istifadəçiləri isə Daşkənddə keçirilən ehsan mərasimlərinə həddindən çox adamın gəldiyini yazıblar. Bildirilir ki, boş yer olmadığından, bir çox adam restoranlara buraxmayaraq evə göndərilib.

Sosial şəbəkələrdə insan kütləsinin restoranın içinə girməyə cəhdlərini, restoran sahiblərininsə onları qayda-qanuna əməl etməyə çağırmasını əks etdirən video da paylaşılıb.

Buna da bax: Gulnara atasının dəfnində niyə iştirak etmədi?

"Hər biriniz bacardığınız qədər pul verməlisiniz"

Adının açıqlanmasını istəməyən səmərqəndli müəllim Azadlıq Radiosuna bildirib ki, yerli sahibkarları Islam Karimov-un şərəfinə verilən ehsanın xərclərini ödəməyə təhkim ediblər:

"Səmərqənd icra hakiminin əmri ilə hər məhəllədə ehsan vermək tapşırılıb. Bizim məhəllədə sentyabrın 10-da ehsan veriləcək. Məhəlləmizin sədri adamlara deyib ki, "hər biriniz bacardığınız qədər pul verməlisiniz". Sakinlərdən kimsə 10 min sum (1,5 dollar), kimsə 100 min sum (15 dollar) verdi. Bundan başqa, indi Səmərqənddə çoxlu özəl sahibkar da var. İcra hakimi onlara da pul yığmağı əmr edib. Bunu mənə mebel istehsalı ilə məşğul olan tanışım danışıb".

Radionun özbək xidməti bildirir ki, Islam Karimov-un şərəfinə verilən ehsanlar pambıq yığımı başlananadək davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG