Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:15

Karbon qazı tullantıları rekord vurur


Makedoniyada kömürlə çalışan elektrik stansiyası.
Makedoniyada kömürlə çalışan elektrik stansiyası.

«Reuters» xəbər verir ki, ötən il dünyada enerji istehsalından qaynaqlanan karbon qazı tullantılarının həcmi tarixdə ən böyük həddə – 32.5 qiqatona çatıb. Bundan öncəki üç il ərzində bu göstərici sabit qalmışdı. Beynəlxalq Enerji Agentliyi (BEA) bu yüksəlişin səbəbini dünyada enerjiyə tələbatın artması və enerji səmərəliliyi sahəsində inkişafın azalmasıyla əlaqələndirib.

Qurumun ilkin hesablamalarına görə, ötən il dünyada enerjiyə tələbat 2.1 dəfə artaraq 14 milyard 50 milyon ton neft ekvivalentinə çatıb. Bu isə daha öncəki ilin (2016) göstəricisindən iki dəfədən artıq çoxdur. BEA bunun güclü iqtisadi inkişafla bağlı olduğunu bildirib.

Rekord göstərici

Son beş il ərzində dünyada enerjiyə tələbat orta hesabla 0.9 faiz artıb. 2016-cı ildə də bu göstərici 0.9 faiz olub.

BEA hesabatında bildirib ki, qlobal enerji tələbatının artımının 70 faizdən çoxu neft, təbii qaz və kömürün, yerdə qalan 30%-ə qədəri isə bərpa oluna bilən enerji mənbələrinin hesabına ödənilib.

Ötən il enerjinin səmərəliliyi sahəsində inkişafın sürəti düşüb. Bu trendlər nəticəsində enerji istehsalından qaynaqlanan qlobal karbon-dioksid emissiyalarının həcmi 2017-ci ildə 1.4 faiz artaraq 32.5 qiqatona çatıb. Bu isə rekord göstəricidir.

«2017-ci ildə enerji istehsalı nəticəsində qlobal karbon-dioksid tullantılarının ciddi artması onu göstərir ki, iqlim dəyişikliyi ilə mübarizə sahəsində hazırkı səylər kafidən xeyli uzaqdır», - BEA-nın icraçı direktoru Fatih Birol deyir.

«Məsələn, qərar qəbul edənlər bu sahəyə daha çox diqqət ayırdıqlarından dünyada enerji səmərəliliyinin yaxşılaşma sürəti ciddi azalıb», – o deyir.

Atmosferə buraxılan karbon-dioksid tullantıları planetin orta temperaturunun yüksəlməsinin əsas səbəbi sayılır. Dünya dövlətləri iqlim dəyişikliyinin dağıdıcı təsirlərini önləmək üçün bu tullantıların həcmini azaltmağa səy göstərir.

'Sovet maşınları'ndan niyə yaxa qurtarmaq olmur?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

2020-ci il hədəfi

Ötən ilin sonunda Almaniyada qlobal iqlim sazişinin detallarına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdi. 200-dək ölkənin təmsil olunduğu bu tədbirdə alimlər qlobal karbon qazı emissiyalarının 2017-ci ildə 2% artaraq yeni rekord həddə çatacağını isbatlayan məlumatları təqdim etmişdilər.

«Qlobal emissiyalar tezliklə pik həddə çataraq 2020-ci ilə doğru kəskin azalmalıdır. 2017-ci ildəki artımı nəzərə alsaq, indi qarşıya qoyulmuş məqsədlərə çatmaqdan ötrü bu azalma daha böyük olmalıdır», – Beynəlxalq Enerji Agentliyinin hesabatında deyilir.

Hesabatda daha sonra vurğulanır ki, dünya karbon qazı emissiyalarının artımının 2/3-si Asiya ölkələrinin payına düşür. Çinin atmosferə buraxdığı karbon qazının həcmi 1.7 faiz artaraq 9.1 qiqatona çatıb. Nəzərə alınmalıdır ki, Çin daha çox bərpa olunan enerji mənbələrindən yararlanmağa və sürətlə kömürdən daha təmiz yanacaq sayılan təbii qaza keçməyə başlayıb.

Güclü iqtisadiyyata malik ölkələrin çoxunda karbon emissiyalarının həcminin artması müşahidə olunsa da, Britaniya, ABŞ, Meksika və Yaponiyada atmosferə buraxılan karbon qazının həcmi azalıb.

Ən böyük düşüş ABŞ-da qeydə alınıb. Burada emissiyaların həcmi 0.5 faiz azalaraq 4.8 qiqatona düşüb. Bu, bərpa oluna bilən enerji mənbələrindən daha çox istifadəylə bağlıdır.

İqlim dəyişməsi animasiyada
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00

Neftə tələbat 1.6 faiz artıb

Beynəlxalq Enerji Agentliyi bundan başqa, neftə tələbatın 1.6 faiz artaraq gündə 1.5 milyon barrelə çatdığını bildirib. Bu, son onillikdə qeydə alınan orta illik göstəricinin iki mislindən artıqdır. Qeyd edək ki, bu tələbatı, əsasən, nəqliyyat sektoru və böyüməkdə olan neft-kimya sənayesi formalaşdırır.

Təbii qaza tələbat da 3% artıb. Bu, bütün qazıntı yanacaqları arasında ən yüksək göstəricidir. Bu artımın 1/3-ə qədəri təkcə Çinin payına düşür. Bu, əsasən, bu yanacaq növünün bazarda bol və nisbətən ucuzluğuyla bağlıdır.

Ötən il kömürə tələbat 1 faiz artaraq daha öncəki iki ildə qeydə alınan azalmanı kompensasiya edib. Bu, özəlliklə də Asiyada kömürlə çalışan elektrik enerjisi istehsalının artmasıyla izah edilir.

Bütün bunlarla yanaşı, BEA-nın hesabatında deyilir ki, bərpa olunan enerji mənbələrinə (külək, günəş və su) əsaslanan elektrik enerjisi istehsalı 6.3 faiz artıb. Hesabata görə, bu, bütün enerji mənbələri ilə müqayisədə daha yüksək artım göstəricisidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG