Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 14:08

Karbamid zavodu daxilə məhsulu baha satır?


Sumqayıtda karbamid zavodunun tikintisi - 2017
Sumqayıtda karbamid zavodunun tikintisi - 2017

Bu ilin iyun-iyul aylarında SOCAR-ın Karbamid zavodunun 45 min tona yaxın hazır məhsul satdığı bildirilir.

Bu barədə «Turan» agentliyi Dövlət Statistika Komitəsinə (DSK) istinadən məlumat yayıb. Agentliyin xəbərində qeyd edilir ki, gübrənin ixrac qiyməti ölkədəki satış qiymətindən 35 faiz ucuzdur.

DSK-nın məlumatına görə, Türkiyəyə (22193 ton), Ukraynaya (993.6 ton), Rumıniyaya (2825.8 ton), Bolqarıstana (10166.62 ton) və Rusiyaya (8752.5 ton) karbamid satışından 7 mln. 189 min dollar əldə edilib. Məhsulun tonunun 159.99 dollar və yaxud 272 manata ixrac edildiyi bildirilir.

Agentliyin xəbərinə görə, iyulda «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti (ASC) SOCAR-la nəqliyyat xərcləri hesablanmadan bir tonu 420 manatdan 25 min ton karbamid gübrəsinin tədarükünə dair razılaşmanın imzalandığını açıqlayıb. «Beləliklə, yerli kənd təsərrüfatı ehtiyacları üçün karbamidin qiyməti onun ixrac qiymətindən 148 manat, yaxud 35 faiz çoxdur», - xəbərdə yazılıb.

SOCAR-ın Karbamid zavodu Sumqayıtda tikilib və dövlətə 780 mln. avroya başa gəldiyi bildirilir.

Müəssisənin istehsal gücü təxminən 660 min tondur. SOCAR bildirib ki, karbamidin ixracından proqnozlaşdırılan gəlir ildə 160 mln. dollar səviyyəsindədir.

Xatırlatma

Karbamid azot gübrəsidir, tərkibində 46 faiz azot elementi var, suda asan həll olur, əsasən erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilə bilər. Azotlu gübrə olduğu üçün bitkilərdə yaşıl kütlənin artımına xidmət edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG