Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:24

Shoygu: Gümrüdəki Rusiya bazası regionda təhlükəsizliyə təminat verir


Rusiyanın müdafiə naziri Sergey Shoygu və Ermənistanın müdafiəı naziri Arshak KArapetian
Rusiyanın müdafiə naziri Sergey Shoygu və Ermənistanın müdafiəı naziri Arshak KArapetian

Sergey Şoyqu qeyd edib ki, hazırda Ermənistan ərazisində Rusiyanın yaxşı təhciz olunmuş 102 saylı hərbi bazası yerləşir və bu baza regionda təhlükəsizliyə təminat verir.

“Rusiya Ermənistan ordusunun təkmilləşdiriməsinə kömək etməyə hazırdır”.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 11-də Moskvada ermənistanlı həmkarı Arşak Karapetyanı qəbul edərkən deyib.

“Həm ikitərəfli formatda, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərbi əməkdaşlığın inkişafına böyük önəm veririk. Eyni zamanda, Ermənistan ordusunda islahatların davam etdirilməsinə kömək etməyə hazırıq. Bu, asan məsələ deyil, amma düşünürəm ki, sizin təcrübənizlə buna nail ola biləcəyik”, - deyə Şoyqu bildirib.

Sergey Şoyqu qeyd edib ki, hazırda Ermənistan ərazisində Rusiyanın yaxşı təhciz olunmuş 102 saylı hərbi bazası yerləşir və bu baza regionda təhlükəsizliyə təminat verir.

“ Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın vacib müttəfiqidir və biz bu regionda sabitliyin qorununmasında olduqca maraqlıyıq”,deyə Rusiyanın müdafiə naziri vurğulayıb.

Ermənistanın müdafiə naziri Arşak Karapetyansa bildirib ki, Rusiya bu gün sərhəddəki problemlər də daxil olmaqla, Ermənistan xalqının təhlükəsizliyi sahəsində ən böyük tövhə verən yeganə dövlətdir.

O, ölkəsinin Rusiya ilə sıx və səmərəli əməkdaşlığa hazır olduğunu vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG