Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Ermənistanın baş naziri diasporanı “əcdadların torpaqlarına” dəvət edir


Ermənistanın baş naziri Karen Karapetyan
Ermənistanın baş naziri Karen Karapetyan

Ermənistanın baş naziri Karen Karapetyan bütün dünya boyunca erməni millətindən olan peşəkarları Ermənistana köçərək rəsmi Yerevanın vəd etdiyi geniş iqtidsadi islahatların həyata keçirilməsinə dəstək verməyə çağırıb.

Özünün Facebook səhifəsindən ingilis, fransız, rus və ispan dillərində yazdığı çağırışda cənab Karapetyan bildirir ki, soydaşların dəstəyinə xüsusən də biznes mədəniyyəti və iş etikası sahəsində ehtiyac var.

“Biz diasporadan olan menecerləri, habelə mədəniyyət xadimlərini, beynəlxalq miqyasda tanınan maarifçiləri, alimləri…pan-erməni məqsədlərə nail olunması üçün dəvət edirik” – yazıb Karapetyan.

Baş nazir yazır ki, Ermənistan diasporanın köməyi ilə bütün dünyada tanınmış təcrübələri cəlb edə bilər.

Bununla belə cənab Karapetyan soydaşlara rəsmi hökumət vəzifələrinin təklif edilib-edilmədiyini dəqiqləşdirməyib.

Bundan əvvəl, ötən ilin dekabrında Karapetyan Suriyadan Ermənistana gəlmiş ermənilərə müraciət etmişdi.

O Suriya ermənilərinin “əcdadların torpaqlarında” məskunlaşmaları üçün əlindən gələni əsirgəməyəcəyini vəd edirdi.

Bundan əvvəl bir sıra xəbər agentlikləri, o cümlədən AzadlıqRadiosu və BBC Suriya ermənilərinin Dağlıq Qarabağda və işğal olunmuş ərazilərdə yerləşdirildiyini xəbər vermişdi.

Hələb erməniləri Yerevanda (Foto arxivdəndir)
Hələb erməniləri Yerevanda (Foto arxivdəndir)

Azatutyun yazır ki, bundan əvvəl erməni diasporasının Ermənistanın iqtisadi həyatında iştirakına iqtisadi imkanların çatışmaması və korrupsiya mane olub.

Ermənistan mediası xəbər verir ki, Karapetyanın elan etdiyi islahat tədbirləri parlament tərəfindən hələ ötən oktyabrda qəbul edilib.

Azatutyun yazır ki, Ermənistan müxalifəti belə çağırışlara inamsızlıqla yanaşır.

Müxalifət bildirir ki, rəsmi Yerevanın hazırkı addımları hakim Respublikaçı Partiyanın seçki təbliğatına kömək edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG