Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:56

 Alimlər karantindəkilərə: "Online mehribanlaşın, immunitetiniz qalxsın"


"Yalnızlıq köklük və siqarət qədər təhlükəlidir"

ABŞ-ın qocaman "Scientific American" populyar elm jurnalı koronavirusun yayılması səbəbindən dünya üzrə insanların evdə oturması karantinə alınması izolyasiya edilməsinin onların immun sisteminə pis təsir etdiyini yazır.

Belə ki, müxtəlif araşdırmalara görə, yalnızlıq duyğusu yaşayan insanlar daha tez -tez xəstələnir, çünki bu psixoloji durum onların immunitetini aşağı salır. Yalnızlıq duyğusu yaşayanlar daha çox neqativ duyğular keçirir, depressiya keçirir, daha az yaşayırlar. "Əslində, yalnızlığın uzunmüddətli təsiri köklük və siqaret çəkmək qədər pisdir".

Bəs hər kəsin koronavirusdan qaçdığı bir durumda nə etməli?

Jurnal yazır ki, bayıra çıxa bilməyənlər onlayn imkandan istifadə etsinlər.

Online görüşə gedin

Məsələn, online nahar etsinlər, kitab klubları toplantıları keçirsinlər, hətta online tanış olduqarı sevgiliylə online görüşə də getmək olar.

Jurnal yazır ki, videokamerada üz cizgilərini görmək insanlar arasında bağ yaradır.

Online mehribançılıq. Bir neçə cümləlik xoş sözlər insanları bir birinə bağlayır.

Online icma yaratmaq-öz maraq qruplarına uyğun adamlarla söhbət insana yaxşı təsir edir.

Münasibətləri ya genişləndir ya da dərinləşdir. Ya tanıdığın adamlarla daha dərin online münasibətə gir, ya da ki yeni insanlar tap.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG