Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:17

Karantin cərimələri və onun məsuliyyəti


Polis və daxili qoşun əsgərləri Bakı küçələrində, aprel 2020
Polis və daxili qoşun əsgərləri Bakı küçələrində, aprel 2020

Son bir gün ərzində ( aprelin 3-də) xüsusi karantin rejimini pozduqlarına görə 9 nəfər həbs edilib, 5073 nəfər cərimə olunub.

Bu barədə aprelin 4-də Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayııb:

“...Epidemiya əleyhinə rejimi pozan 11, o cümlədən Bakı şəhərində 3 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib”

DİN bildirir ki, sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara yollardan keçməyə cəhd göstərdiklərinə görə də cirimələnən olub:

“Ümumilikdə 5062 nəfərə, onlardan Bakı şəhəri üzrə 3718 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 9 şəxs isə inzibati qaydada həbs olunub”.

Sosial şəbəkələrdə isə iddia olunur ki, hətta tibbi maska taxmadığına görə, cərimə edilənlər var. Bu barədə şikayətlənənlər arsında jurnalistlər də mövcuddur. Hərçənd, DİN tibbi maskalara görə, vətəndaşların cərimə edilməsini yalanlayıb.Yeri gəlmişkən, ölkədə tibbi maskaların tapılmaması ilə də bağlı çoxsaylı şikayətlər eşidilir.

“...Hüquqi baxımdan müəyyən qədər mübahisəlidir”

Hafiz Həsənov
Hafiz Həsənov

Hüquqşünas Hafiz Həsənov Azadlıq Radiosuna deyib ki, xüsusi karantin rejimi ilə bağlı qaydaları Nazirlər Kabineti (NK) müəyyən etməlidir:

“İndiki halda isə Nazirlər Kabineti yanında Operativ qərargahın belə qadağalar müəyyən etməsi hüquqi baxımdan müəyyən qədər müabhisəlidir. Qanunvericilikdə ancaq qərar qəbul etmək səlahiyyəti olan, Konstitusiya və qanunlarla səlahiyyət verilmiş qurmların qərarlarını yerinə yetirməmək hüquqi məsuliyyət yaradır ”.

Məhkəməyə müraciət edə bilərlər

Hüquqşünas maska taxılmadığına görə, cərimələrə gəlincə isə deyib:

“Hesab edirəm ki, bu qərarların legitimliyi qanununauğyun olmadığına görə, Operativ qərargah tərəfindən müəyyn edilən qaydaların hüquqi məsuliyyət doğurması mübahiəslidir və buna əsasən məsuliyyətə cəlbolunmalar düzgün deyil”.

Hüquqşünas vurğulayıb ki, üstəlik, Operativ qərargahın müəyyən etdiyi qaydalarda insanların küçədə maskasız və ya əlcəksiz gəzməsilə bağlı heç bir müddəa yox idi:

“Əgər, maskasız və əlcəksiz gəzməyə görə, hansısa inzibati məsuliyyətə cəlb edilmə faktı varsa, şəxs 10 gün ərzində həmin qərarla bağlı müvafiq rayon məhkəməsinə müraciət edə bilər və belə qərarların ləğvi üçün tam əsas var”.

H.Həsənovun deməsinə görə, qərargahın qaydalarında “zərurət olmadan yaşadığı mənzili tərk etməmək” tələb edilir.

Bununla belə, H.Həsənov hesab edir ki, aprelin 5-dən qüvvəyə minəcək məhdudiyyətlərlə bağlı qərarı isə Nazirlər Kabineti verib, legitim və hüquqi qərardır, yerinə yetirilməməsi hüquqi məsuliyyət yaradır.

“Bütün bunlarda məqsəd...”

Zahid Oruc, 2019
Zahid Oruc, 2019

Deputat Zahid Oruc, isə hesab edir ki, koronavirus epidemiyası bəşəriyyəti hazırlıqsız yaxalayıb və bu da özünü bütün həyat sahələrində göstərir.

Onun fikrincə, bu virusa qarşı mübarizədə qadağa tədbirlərinin həyata keçirilməsinin adekvatlığı çox böyük önəm daşıyır. Deputatın sözlərinə görə, bir sıra dövlətlərdə karantin rejimi ilə bağlı qanunvericilik sənədləri uzun 10 illər ərzində mövcud olub və bu mənada bütün münasibətləri həmin hüquqi çərçicədə tənzmiləyə bilirlər:

“Azərbaycanda isə bununla bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ qərargahın irəli sürdüyü məhdudlaşdırıcı qaydalar işə düşdü. Bu bizim normativ hüquq yaratmaq işində bir dərəcə oldu, hüquqi baxmdan tanındı, ümumxalq səciyyəsi daşıdı...”, deyə O, “ Turan “ agentliyinə vurğulayıb.

Z.Oruc daha sonra da bunları əlavə edib:

“Bütün bunlarda məqsəd daha çox sayda insnaları yoluxmaya səbəb ola biləcək hərəkətlərdən çəkindirmək və qorumaqdır. Hər ikisi eyni paraleldə götürülür. Hər hansı sanksiyalar olmaması isə daha böyük cəzasılıq mühiti yaradr”

Deputatın fikrincə, Azərbaycanla müqayisədə Qərb ölkələrinin özündə bu məsələ ilə bağlı sanksiyalar daha sərt, daha geniş, daha kəskindir:

“Ona görə də, bəzi dairələrin bu mənada Azərbaycanda aşırı dərəcədə sərt normalar olması kimi düşüncələrini əsaslı saymırıq. Biz əlbəttə, arzu edərdik ki, belə addımlara ehtiyac olmaya idi...”.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 60 min civarında şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Azərbaycanda indiyə qədər ümumilikdə 521 şəxsin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb. Onlardan 32 nəfəri müalicə olunaraq sağaldığı, 5 nəfər vəfat etdiyi bildirilib.

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmalıdır. Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa biləcək. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG