Bu videonu göndərən oxucumuz yazır ki, Qarabağ müharibəsi əlilləri aprelin 8-də protezlərini yandıraraq Qazax Sınıq Körpü Gömrük Məntəqəsində etiraz aksiyası keçiriblər.
Onlar Gürcüstandan gətirdikləri meyvə-tərəvəzin gömrük keçid məntəqəsindən buraxılmamasına etiraz edirlər.
Müharibə əlilləri arasında damarlarını kəsməyə cəhd edənlər də olub.
Hələlik bu hadisə barədə hər hansı rəsmi orqanlardan bir reaksiya yoxdur.
----
Çəkdiklərini MobilReportyor-a belə çatdır:
- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.
- WhatsApp nömrəmiz:
(+420) 778 711 700
Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com