Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:52

Məşhur hind kino aktyoru Şaşi Kapur vəfat edib


Hindistanın ən tanınmış aktyorlarından biri, 1970-1980-ci illərdə Azərbaycanda da sevilən və məşhur olan Şaşi Kapur 79 yaşında vəfat edib.

“Divar” kimi populyar filmləri ilə dünya şöhrəti qazanmış aktyor bir müddət idi ki, böyrək çatışmazlığından əzab çəkirdi və Mumbay xəstəxanalarından birində dünyasını dəyişib.

Şaşi Kapur əsası atası Pritviraj Kapur tərəfindən qoyulmuş və onilliklər ərzində hind kino sənayesində hegemon rol oynamış böyük bir sülalənin nümayəndəsi idi.

Şaşi Kapurun uşaqlıq rolları 1940-1950-ci illərə düşür.

Məşhur “Avara” filmində Şaşi böyük qardaşı Rac Kapurin oynadığı obrazın uşaqlıq çağını oynamışdı.

O bir neçə milli kino mükafatlarına layiq görülmüş və 2011-ci ildə Hindistan hökuməti tərəfindən Padma Buşan şöhrət ordeni ilə təltif olunmuşdu. O həm də bir sıra Britaniya və ABŞ filmlərinə çəkilmişdi.

Şaşi Kapur tanınmış İngiltərə aktrisası Jennifer Kendalla evlənmiş, 1978-ci ildə onunla birlikdə Bombeyin məşhur Pritvi Teatrının əsasını qoymuşdu. Britaniya aktrisası Felicity Kendal Kapurun baldızıdır.

Kapur aktyor sənətinə hələ uşaq yaşlarından gəlmiş, kareyrası boyunca 150-dən çox kinofilmdə çəkilmişdi.

Şaşi Kapur 2015-ci ildə Hindistan kinosunun ən mötəbər mükafatı olan – Dada Saheb Palke Mükafatına layiq görülüb.

Kapur özünün məftunedici təbəssümü ilə yadda qalıb. Vətəni Hindistanda onu ingiliscə “handsome” – “yaraşıqlı” adlandırırdılar.

Bollivud blokbasterlərində onu tez-tez başqa bir kino ulduzu - Amitab Baççanla tərəf-müqabil görmək olardı. Onlar 1970-1980-ci illərdə çəkilmiş müxtəlif filmlərdə ya qardaşları, ya dostları, ya da düşmənləri oynayırdılar.

Hindistanda onun fotoları yol çantalarını, qəhvə fincanlarını və masa örtüklərini bəzəyirdi.

Onun ölümü münasibəti ilə on minlərlə pərəstişkarı sosial mediada öz ürək sözlərini yazıb. Bunların arasında ölkənin baş naziori Narendra Modi də var:

Modi özünün Tvitter hesabından yazıb: "Onun parlaq oyunu gələcək nəsillər tərəfindən xatırlanacaq. Vəfatından kədərlənmişəm. Ailəsinə və pərəstişkarlarına baş sağlığı verirəm”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG