Son 9 ayda Rusiyadan capital axını 2,3 dəfə artaraq 32 milyard dollar olub.
Bu barədə TASS agentliyi oktyabrın 9-da Mərkəzi banka istinadla xəbər verir.
Mərkəzi Bank hələ ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqaisədə ölkədən kapital axınının ötən illə müqaisədə xeyli artdığını bəyan eləmişdi.
2017-ci ildə ümumilikdə isə Rusiyadan xaricə kapital axını 28 milyard dollar olub.
Xarici kütləvi informasiya vasitələri (KİV) onda Mərkəzi banka istinadla bu göstəricinin 2016-cı illə müqaisədə 3,4 dəfə çox olduğunu yazırdılar.