Keçid linkləri

2025, 24 Yanvar, Cümə, Bakı vaxtı 01:45

Şabranda kanalizasiya partlayıb, 3 hektar əraziyə tullantılar yayılıb


Şabran
Şabran

Şabran rayonunda kanalizasiya sisteminin partladığı və böyük bir ərazini tullantılar basdığı bildirilir.

"Report"un xəbərinə görə, rayonun ümumi kanalizasiya xəttinin V. Abdullayev adına qəsəbəsində zədələnərək partlaması səbəbindən təxminən 3 hektar ərazi tullantıların altında qalıb. Bu üzdən ərazini üfunət bürüdüyü vurğulanıb.

Xəbərə görə, tullantılardan yaranmış gölməçənin suyu yaxınlıqdan keçən su kanalına tökülərək, Xəzər dənizinə (göl) axır .

Sakinlər epidemioloji-gigiyenik qaydaların pozulmasından, müxtəlif xəstəliklərin yaranmasından narahatdırlar.
Məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG