Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

‘Kanal-13’-ün müxbirinə xəbərdarlıq edilib


"Kanal 13". Azerbaijan Internet TV. web screenshot/ 02may2017
"Kanal 13". Azerbaijan Internet TV. web screenshot/ 02may2017

İyulun 27-də “Kanal-13” internet televiziyasının əməkdaşı İsmayıl İslamoğluna sosial şəbəkədəki statusu ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə İ. İslamoğlunun yaxınları bildirib.

Verilən bilgiyə görə, iyulun 27-də axşam saat 17 radələrində jurnalist iki mülki geyimli şəxs tərəfindən evindən aparılıb.

“İsmayıl Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. O, idarədə üç saatadək saxlanıldıqdan sonra “Jara” musiqi festifalı ilə bağlı sosial şəbəkələrdə yazdığı tənqidi statusu ilə bağlı xəbərdarlıq edildikdən sonra azad buraxılıb”, - jurnalistin yaxınları belə deyiblər.

Rəsmi qurumların bununla bağlı münasibətini öyrənmk hələlik mümkün olmayıb.

İyulun 27-də Xalq Cəbhəsi Partiyası fəalı Zəfər Əhmədli 30 sutka inzibati həbs cəzası alıb.

AXCP-dən AzadlıqRadiosu-na bildirilib ki, Z.Əhmədlinin həbsinin gerçək səbəbi "Facebook" sosial şəbəkəsində yazdığı statuslardır. Onun son bir neçə gündəki yazıları əsasən, müğənni Zaranın Bakıya gəlişi və həbsdə olan bloqqer Mehman Hüseynovun xəstəxanada ağır vəziyyətdə olan anasıyla görüşünə icazə verilməsi haqda olub.

Rəsmi məlumatda o küçədə inzibati qaydanı pozmaqda və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılır.

“Jara” musiqi festivalı prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun təşəbbüsüylə keçirilir. Rus estradasının ulduzlarından Zara Mqoyanın həmin festivala qatılmaq üçün Bakıya gəlişi bəzi sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanıb.

XS
SM
MD
LG