Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Ukraynada milli matəm günüdür


"Borispol" hava limanı-Kiyev
"Borispol" hava limanı-Kiyev

Yanvarın 9-da Kiyevdə milli matəm günü elan edilib.

Bir gün öncə Ukrayna təyyarəsinin Tehranda qəzaya düşməsi nəticəsində 176 nəfər həlak olub. Ukrayna hakimiyyəti istintaqla bağlı İrana xüsusi nümayəndə heyəti göndəriləcəyini bəyan edib.

Hələlik qəzanın səbəbi bəlli deyil.

Kanada isə bu arada bəyan edib ki, istintaqın gedişində mühüm rol oynamaq istəyir. Baxmayaraq ki, bu iki ölkə arasında birbaşa diplomatik münasibətlər yoxdur.

Qeyd edək ki, yanvarın 8-də Tehranda baş verən həmin qəzada 60-dan çox Kanada vətəndaşı həlak olub.

Təyyarə Tehrandan Kiyevin “Borispol” beynəlxalq hava limanına uçurmuş.

Kanadanın baş naziri Justin Trudeau bildirib ki, onun ölkəsinin bu cür qəzaların araşdırılmasında böyük təcrübəsi olduğundan istintaqın gedişində mühüm rol oynaya bilər.

Qeyd edək ki, 20120-ci ildə Kanada ilə İran arasında diplomatik münasibətlər pozulub. Bu iki ölkə arasındakı münasibətlərdə əsasən İtaliya vasitəçilik edir.

Qəzaya görə yanvarın 9-da Ukraynada matəm günü elan edilib.

Ukrayna hakimiyyəti istintaqla bağlı İrana nümayəndə heyəti göndəriləcəyini bəyan edib.

İlkin olaraq qəzaya səbəb kimi texniki problem göstərilsə də sonradan bu versiya aradan qaldırıldı.

Məlumata görə pilotlar qəza vaxtı həyacan siqnalı verməyiblər.

Qəza, təyyarə Tehran hava limanında havaya qalxdıqdan az sonra baş verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG