Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Kanada da marixuananı leqallaşdırdı


Foto arxiv
Foto arxiv

Kanada parlamentinin yuxarı palatası olan Senat iyunun 19-da marixuananın leqallaşdırılmasına səs verib.

Qanun 8-12 həftədən sonra qüvvəyə minəcək.

Beləliklə Kanada Uruqvaydan sonra marixuana istehsalı, ondan istifadə və onun satışını qanuniləşdirən ikinci böyük dövlət oldu.

Qanun qüvvəyə mindikdən sonra kanadalılar üzərlərində 30 qramadək marixuana gəzdirə və ya 4 çətənə kolu əkə bilərlər.

Bu xüsusi komisiyanın məsləhəti ilə xeyli vaxt idi ki, müzakirə olunurdu.

Kanadanın baş naziri Justin Trudeau deputatların qərarını alqışlayıb.

Justin Trudeau
Justin Trudeau

Baş nazir hesab edir ki, indi cinayətkarların gəliri kəsiləcək.

Marixuananın leqallaşdırılması onun seçkiqabağı şüarlarından biri idi.

Buna da bax:"Gürcüstanda az miqdarda marixuana çəkmək olar".

Amma qanuna qarşı çıxanlar hesab edirlər ki, indi uşaqlar və yeniyetmələr marixuananı çox asanlıqla əldə edə biləcəklər və bunun nə ilə nəticələnəcəyini demək a çətindir.

Tənqidçilər həmçinin deyirlər ki, bu, kriminal istehsalçıların leqallaşmasına səbəb olacaq.

Son illər ABŞ-ın 9 ştatında da marixuananın satışı leqallaşdırılıb, amma federal qanuna görə, onun dövriyyəsi qanunsuzdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG