Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:57

Kanada Rusiya rəsmilərinə sanksiyalar elan edib


Kanada Maqnitski qanununa müvafiq şəkildə 30 rusiyalıya qarşı maliyyə sanksiyaları elan edib.

Kanada Maqnitski qanununu ABŞ-ın eyni adlı qanununa uyğun şəkildə qəbul edib və rusiyalılara qarşı sanksiyalar da ABŞ-ın sanksiyaları ilə demək olar eyniyyət təşkil edir.

Kanadanın sanksiyalar siyahısına Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin də adı daxil edilib. Sanksiyalar siyahısında Rusiyanının Daxili İşlər Nazirliyinin və vergi agentliyinin, habelə prezident Maduro başda olmaqla Venesuela rəsmilərinin də nüməndələrinin də adları var.

Rusiya rəsmiləri bundan əvvəl xəbərdarlıq etmişdilər ki, Kanada Maqnitski qanununun əsasında sanksiyalar elan etsə, Moskva buna cavab verəcək. Buna baxmayaraq rəsmi Moskvadan hələki açıqlama olmayıb.

XS
SM
MD
LG