Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Kanadada 6 müsəlmanı öldürənə ömürlük həbs cəzası kəsildi


Alexandre Bissonnette
Alexandre Bissonnette

Kanadanın Kvebek şəhərindəki məsciddə 6 müsəlmanı güllələyən Alexandre Bissonnette ömürlük həbs cəzasına məhkum edilib.

Bu barədə Reuters agentliyi məlumat verir.

Amma 29 yaşlı Bissonnette 40 il həbsdə yatdıqdan sonra şərti cəza ilə azadlığa buraxılmasını xahiş edə bilər.

Prokuror ona 150 il iş kəsilməsini istəmişdi. Əgər məhkəmə razılaşsaydı, bu Kanadanın tarixində ən ağır cəza olardı.

Alexandre Bissonnette 2017-ci il yanvarın 29-da Kvebek şəhərindəki məscidə silahlı basqın edərək 6 nəfəri qətlə yetirib.

Baş nazir Justin Trudeau bu hücumu kəskin pisləyib və bunu terror aktı adlandırıb.

Kanadada qəsdən adam öldürməyə görə birbaşa ölüm hökmü kəsilir, amma 25 ildən sonra məhkum şərti cəza ilə azadlığa çıxmasını istəyə bilər.

2011-ci ildə Kanada qanunlarına hər cinayətə görə üst-üstə iş kəsilməsini nəzərdə tutan bənd əlavə edilib. Beləliklə hakim, hər qətlə görə Alexandre Bissonnette-ə ümumilikdə 150 il kəsə bilərdi.

Amma vəkillər təkid edib ki, əgər o hər qətlə görə 25 il alsa, həbsxanada ölməli olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG