Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:38

İstidən ölənlər var


Arxiv fotosu
Arxiv fotosu

Daha öncəki rekord 45 dərəcə selsi idi

Kanadada rekord isti hava şəraiti onlarla insanın həyatına son qoyub.

İyunun 29-da bu ölkədə üçüncü gün ardıcıl yüksək temperatur qeydə alınıb, Britaniya Kolumbiyasında, Vankuverdən 250 kilometr şərqdə yerləşən Littonda 49.5 dərəcə istilik yaşanıb.

Daha öncəki rekord 45 dərəcə selsi idi.

İyunun 25-dən Vankuverdə azı 134 nəfərin öldüyü bildirilir. 65-dən çox qəfil ölümlə bağlı polis çağırılıb, onlardan çoxunun “istiliklə əlaqədar” həyatını itirdiyi deyilir.

Kondisionersiz evlər

Vankuver ərazisində fövqəladə sərinlətmə mərkəzləri, su fontanları quraşdırılıb. Britaniya Kolumbiyasında yayda hava adətən mülayim keçdiyindən evlərin çoxunda kondisioner sistemi yoxdur.

Sinoptiklər isti dalğasını ABŞ və Kanada üzərində yaranmış yüksək təzyiq kütləsi ilə izah edirlər.

İndiyədək 2019-cu il dünyada ən isti il kimi tarixə düşüb. İqlim dəyişikliyi isə yüksək temperatur tezliyini artırmaqdadır.

ABŞ-ın Portlend və Sietl şəhərlərində temperatur da 1940-cı illərdən bəri görünməmiş həddə yüksəlib. İyunun 28-də Portlenddə 46, Sietldə 42 dərəcə istilik olub.

İsti dalğası və quraqlıq həftəsonu bir neçə yanğına səbəb olub. Kaliforniya-Oreqon sərhədində bir meşə yanğınında 600 hektaradək ərazinin yandığı xəbər verilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG