Keçid linkləri

2026, 08 İyun, bazar ertəsi, Bakı vaxtı 13:12

Təhlükəsizlik kameralarında kimin nə dediyi aydın bilinəcək

Kamera
Kamera

-

Böyük Britaniya alimləri yeni texnologiya hazırlayıblar.

BBC-nin xəbərinə görə, bu texnologiya təhlükəsizlik kameralarına düşən insanların həmin an nə dediklərini təsbit edəcək.

İst Angliya Universitetinin araşdırmaçıları yeni texnologiyanın cinayət və terrorla mübarizədə mühüm rol oynayacağını açıqlayıblar.

«Dodaq oxuyucuları» bu günədək «P» və «B» hərfləri arasındakı fərqi ayırmaqda çətinlik çəkirdilər.

Hazırlanan yeni proqramın bu problemi çözdüyü iddia olunur. Yeni texnologiya süni intellektə əsaslanır.

Çində keçiriləcək akustika, danışıq və siqnal məsələləri ilə bağlı beynəlxalq konfransda bu texnologiyaya dair ətraflı bilgi veriləcək.

This item is part of
XS
SM
MD
LG