Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:22

Vaşinqtonla Ankara Azərbaycan və Ermənistanı müzakirə ediblər


İbrahim Kalın
İbrahim Kalın

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan oktyabrın 2-də İstanbulda Türkiyə prezidenti Recep Tayyip Erdoğanın baş müşaviri İbrahim Kalınla görüşüb.

Reuters agentliyi Ağ Evə istinadla bildirir ki, tərəflər “İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbulu prosesini” müzalkirə ediblər.

Reuters bunu da qeyd edir ki, Sallivan və Kalın arasında bu görüş barədə mediaya əvvəlcədən xəbər verilməmişdi.

NATO üzvü Türkiyə Moskva fevralın 24-də Ukraynaya müdaxiləsini başlayandan bəri iki tərəf arasında balanslaşdırılmış siyasət yürütməyə çalışır.

Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb, amma Rusiyanın Ukraynaya qarşı müharibəsini tənqid edib, Ukraynaya döyüş və kəşfiyyat dronları göndərib.

İsveç və Finlandiya NATO üzvlüyünə Rusiya Ukraynaya hücum edəndən dərhal sonra müraciət ediblər.

Türkiyə bu iki Skandinaviya ölkəsinin NATO üzvlüyü məsələsi ilə bağlı narahatlığını bildirib.

Ankara bu ölkələri Türkiyənin terrorçu hesab etdiyi şəxlərə himayəydarlıqda ittiham edirdi.

Lakin ötən iyun ayında Türkiyə İsveç və Finlandiyanın müəyyən güzəştləri müqabilində onların NATO üzvlüyünə qarşı vetosunu qaldırıb.

Bu görüş zamanı Sallivan və Kalın habelə Ermənistan və Azərbaycan arasında sülhü müzakirə ediblər.

Onlar şərqi Aralıq dənizi hövzəsində bütün fikir ayrılıqlarının dialoq və diplomatiya yolu ilə həll edilməsinin mühümlüyünü vurğulayıblar.

Xəbərdə deyilir ki, tərəflər Ukrayna ərazilərinin Rusiya tərəfindən qanunsuz ilhaqını pisləyiblər.

Xatırlatma

Ermənistan Azərbaycanı sentyabrda və daha öncəki sərhəd toqquşmalarında öz suveren ərazisinə girməkdə ittiham edib. Azərbaycan isə sərhəd delimitasiya olunmadığından bu ittihamları rədd edib, Ermənistanı provokasiyada suçlayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağdakı təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib.

Avqustun sonunda Laçın dəhlizinə paralel yol işə salınandan sonra Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

XS
SM
MD
LG