Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Kaliforniyada atışma – 3 ölü, 4 yaralı


Los-Anceles yaxınlığında yerləşən boulinq klubda baş verən atışma nəticəsində 3 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir.

Şəhər polisi dəqiq rəqəm deməsə də, çoxsaylı qurbanların olduğunu bildirir.

Hadisə yerində olan şahidlərdən biri Facebook sosial şəbəkəsi üzərindən canlı yayımla efirə çıxıb. Videoda yaralı bir şəxsin yerdə uzandığı göstərilir.

Digər bir şahidin sözlərinə görə isə atışmadan öncə klubda mübahisə olub.

Atıcı haqda hələ ki, heç bir məlumat yoxdur.

XS
SM
MD
LG