ABŞ-ın Kaliforniya ştatında da “rekreativ” marixuananın açıq satışına başlanıb.
Yeni ilin ilk günündə 90-dək biznesə satış lisenziyası verilib.
Kaliforniyada tibbi marixuana 1996-cı ildən leqal idi. Amma indi rekreartiv marixuananın leqallaşdırılması bu ilbu bazara azı 3, 7 milyard dollar, 2019-cu ildə isə 5 milyard dollar gətirəcək.
Kaliforniyanın Çətənə Nəzarəti Bürosunda yeni ərizələrin nəzərdən keçirilməsi və lisenziyaların verilməsi davam edir.
Hazırda bu büroda mağazalardan, sınaq laboratoriyalarından, topdansatış müəssisələrindən və başqa bizneslərdən 1400-dək ərizə baxılmasını gözləyir.