Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:21

Kaliforniya qətliamı şübhəlilərinin adları bəlli olub


14 nəfərin həyatına son qoymuş atışmanın şübhəlilərinin 28 yaşlı Syed Rizwan Farook və 27 yaşlı Tashfeen Malik olduqları bildirilib

Çərşənbə günü ABŞ-ın Kaliforniya ştatının San Bernardino şəhərinin İcma Mərkəzində baş vermiş və azı 14 nəfərin həyatına son qoymuş atışmanın şübhəlilərinin 28 yaşlı Syed Rizwan Farook və 27 yaşlı Tashfeen Malik olduqları bildirilib.

Onların hər ikisinin ABŞ-da doğulduğu və ABŞ vətəndaşları olduğu xəbər verilir. Bəzi məlumatlarda bu iki nəfərin ər-arvad olduqları bildirilib.

Məlumatlarda deyilir ki, şübhəlilər hadisə yerindən qaçmağa çalışdıqları maşında, polislə atışma zamanı öldürülüblər.

Bundan əvvəl verilən xəbərlərdə iki şübhəlinin öldürüldüyü və onlardan birinin qadın olduğu bildirilmişdi.

Amerika İslam Şurasında

Şübhəlilərdən birinin qayını mətbuata açıqlama verərək “sarsıntı” işində olduğunu söyləyib.

O Amerika İslam Əlaqələri Şurasının binasında keçirilən təcili mətbuat konfransında danışıb.

“Mən bura gəlmişəm ki, ailəmin bu hadisədən necə kədərləndiyini bildirim”, - deyib Farhan Khan.

O şübhəli şəxs sayılan Syed Farookun bacısının əridir.

Khan deyib ki, qayını ilə sonuncu dəfə bir həftə əvvəl danışıb.

Farook-un dindar olub-olmadığı barədə suala cavab olaraq Khan heç bir şərh verməyəcəyini deyib.

O deyib ki, baş vermis hadisənin səbəbləri barədə ağlına heç nə gəlmir.

Amerika İslam Əlaqələri Şurası hadisəni qətiyyətlə pisləyib.

Bir şübhəli həbs edilib

Bu arada atışmanın üçüncü şübhəlisinin həbs olunduğu xəbər verilir. Bu da bildirilir ki, Farook əvvəllər hadisənin baş verdiyi İcma Mərkəzində çalışıb.

Bundan əvvəl şəhərdəki sosial xidmətlər və ya İcma Mərkəzinin binasında keçirilən bayram ziyafətinə üç nəfərin silahlı basqın etdiyi xəbər verilmişdi.

Polis şübhəlilərin ağır silahlı olduqlarlını və “döyüş tipli paltar” geyindiklərini bildirib.

Bəzi xəbərlərə görə, polis öldürülən şübhəlilərin etnik mənsubiyyətini müəyyən edə bilməyib.

Terror istisna edilmir

Atışma nəticəsində daha 17 nəfərin yaralandığı xəbər verilib. Onlardan ikisinin böhranlı vəziyyətdə olduğu deyilir.

Federal Təhqiqatlar Bürosu hücumun terror aktı olduğunu istisna etmir, lakin təhqiqatın davam etdiyini bildirir.

Hazırda təhlükəsizlik qüvvələrinin bomba ekspertləri şübhəli əşyaları yoxlayırlar.

Prezident Barack Obama artıq məlumatlandırılıb.

Atışma bir neçə xəstəxananın və səhiyyə idarələrinin yerləşdiyi ərazidə baş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG