Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 16:35

Müxalifət lideri Kalesnikava barəsində rəsmi ittiham verilib


Maryya Kalesnikava

Belarusda müxalifət lideri Maryya Kalesnikavaya qarşı “ölkənin milli təhlükəsizliyinə hədə yaradan hərəkətə çağırış” ittihamı rəsmən irəli sürülüb.

Belarus İstintaq Komitəsi sentyabrın 16-da bildirib ki, Kalesnikava iddia edilən cinayəti media və internetdən istifadə etməklə törədib.

38 yaşlı Kalesnikava 9 avqust prezident seçkisindən sonra avtoritar prezident Alyaksandr Lukaşenkanın istefasını tələb edən kütləvi aksiyaların gedişində müxalifət lideri kimi məşhurlaşıb.

Müxalifət seçkinin ölkəyə 26 ildir ki, rəhbərlik edən Lukaşenkanın xeyrinə kobud şəkildə saxtalaşdırıldığını iddia edir.

Seçkinin rəsmi nəticələrinə görə Lukaşenka səslərin 80 faizini qazanıb. O seçki fırıldağı baş verdiyini inkar edir.

Kalesnikava sentyabrın 7-də Minskin mərkəzində maskalılar tərəfindən oğurlanıb.

O özünün daha iki həmkarı ilə Ukrayna sərhədinə gətirilib və onlara ölkəni tərk etmək əmri verilib.

Lakin Kalesnikava özünü maşının pəncərəsindən ataraq pasportunu cırıb və beləliklə onu ölkədən deportasiya etmək mümkün olmayıb.

Kalesnikavanın iki yoldaşı Ukrayna ərazisinə keçib.

Siyasi məhbus

Belarusda mənzillənmiş onlarca insan haqları təşkilatı Kalesnikava və onun iki yoldaşını siyasi məhbus elan edib və onların dərhal azad olunmasına çağırıb.

Avtoritar prezident Lukaşenka müxalifətlə dialoqa daxil olmaq çağırışlarından israrla imtina edir.

O bunun əvəzində Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Belarusdakı hadisələrə müdaxiləsinə çalışır.

O iddia edir ki, Belarusdakı kütləvi etiraz aksiyalarının arxasında ABŞ və Qərb dayanır.

Lukaşenka hakimiyyəti seçkidən bəri ara verməyən etirazların iştirakçılarına qarşı polis zorakılığından istifadə edir.

Avropa İttifaqı Belarusa qarşı sanksiyaların hazırlandığını bəyan edib.

İttifaqın xarici işlər komissarı Josep Borrell isə sentyabrın 15-də deyib ki, Avropa İttifaqı Lukaşenkanı Belarusun legitim başçısı kimi tanımır.

Şərhlər

XS
SM
MD
LG