Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:15

Yeni Kaledoniya sakinləri Fransadan ayrılmağa yox dedilər


Yeni Kaledoniya
Yeni Kaledoniya

Yeni Kaledoniya sakinləri Fransadan ayrılaraq müstəqil olmağa yox deyiblər.

Frans-Press agentliyinin məlumatına görə, bunu noyabrın 3-də keçirilmiş referendumun ilkin nəticələri göstərir.

Səslərin 2/3-nin hesablanması göstərir ki, seçicilərin təxminən 60 faizi Fransanın tərkibində qalmağın tərəfdarıdır.

Referendumun təşəbbüskarları yerli xalqları təmsil edən separatçılardır.

Sakit okeanda yerləşn Yeni Kaledoniya Fransaya 1853-cü ildə birləşdirilib.

Regionun iqtisadiyyatı əsasən nikel hasilatı,turizm və Fransadan ayrılan subudiya üzərində dayanır.

Fransa hər il 275 min əhalisi olan bu bölgəyə 1,5 milyard dollar göndərir.

Yeni Kaledoniya, Fransanın xüsusi statuslu inzibati-ərazi vahididir.

Buna da bax:Hollande Yeni Kaledoniyada müstəqillik referendumuna razılıq verir.

Orda hakimiyyəti Fransa prezidenti tərəfindən təyin edilən ali komisar təmsil edir.

Həmçinin region sakinləri Fransa parlamentinin hər iki palatasının hər birinə 2 deputat seçirlər.

Yeni Kaledoniyada müstəqilliklə bağlı sonuncu referendum 1998-ci ildə keçirilmişdi.

Onda da sakinlər Fransadan ayrımağa yox demişdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG