Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 13:55

Gürcüstan ilin sonunadək Rusiyanın “Qazprom” şirkətindən qaz almayacaq.

RİA Novosti-nin məlumatına görə, bunu ölkənin energetika naziri Kakha Kaladze aprelin 12-də bəyan edib.

Onun sözlərinə görə Gürcüstan ilin sonunadək yalnız Azərbaycandan qaz alacaq.

Kaladze deyib ki, Tbilisinin Rusiya qazından imtina eləməsinə “Qazprom”la imzalanmış yeni müqavilə imkan verir.

“ Bizə Azərbaycan və ya İrandan qaz almaq imkanı verilir. Bu gün qərara aldıq ki, yalnız Azərbaycandan qaz alaq” Kaladze vurğulayıb.

Kaladze deyib ki, “Qazprom”la 2 illik müqavilənin müddəti bitəndə, Gürcüstan Rusiya qazından daha az aslı olacaq, bu vaxtadək ölkədə yeni qaz anbarları tikiləcək.

Gürcüstan hazırda qazı əsasən Azərbaycandan alır.2018-ci ildə ölkədə yeni yeraltı qaz anbarlarının tikintisinə başlanacaq.

Bu anbarları 2020-ci ildə istifadəyə vermək planlaşdırılır.

Qeyd edək ki, Tbilisi ilə “Qazprom” arasındakı razılaşmaya görə Gürcüstan Ermənistana ötürülən qazın tranzit haqqına görə pul alır.

Bu məbləğ Ermənistana verilən ümumi qazın 10 faizi dəyərindədir.​

Tərəflər arasındakı keçmiş müqavilənin müddəti yanvarın 1-də sona yetdi.

Gürcüstan uzun müzakirələrdən sonra yanvarın ortalarında “Qazprom”un təklifini qəbul edərək onunla 2 illik yeni müqavilə imzaladı.

Bu sənədə görə Rusiya tərəfi 2017 ildə tranzit haqqının bir qismini pul, bir qismini isə yanacaqla, 2018-ci ildə isə yalnız maliyyə vəsaiti ilə ödəməlidir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG