Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Avqust, bazar, Bakı vaxtı 21:49

Kafka arxivinin son hissəsi İsrailə verilib


Kafkanın çəkdiyi eskizlər

Çexiyanın almandilli və yəhudi əsilli nasiri Frans Kafkanın əlyazmalarının sonuncu hissəsi İsrailin Milli Kitabxanasına verilib.

Bu barədə məlumatı Associated Press agentliyi yayıb.

Xəbərdə deyilir ki, İsrail kitabxanasına Kafkanın “Kənddə toy hazırlığı” hekayəsinin üç qaralama variantı, dostlarına yazdığı yüzlərlə məktub, yol jurnalları, eksizlər və qeydlər verilib.

Bu da bildirilir ki, “Kənddə toy hazırlığı” hekayəsini işləyərkən Kafka ivritdə yazmağı öyrənirdi.

Bu materialların bir hissəsi indiyədək çap olunmayıb. Kitabxana bildirib ki, yeni materiallar ilin sonunadək rəqəmsallaşdırılacaq və bundan sonra ictimaiyyətə açıq olacaq.

Bu əsərləri iki bacı saxlamışdı. Onlar deyirdilər ki, arxiv onlara anaları Ester Hoffedən qalıb.

Hoffe Kafkanın dostu və bioqrafı Maks Brodun katibəsi idi.

Kafka öz əsərlərini Broda vəsiyyət etmiş və onların yandırılmasını xahiş etmişdi. Amma Brod bu xahişi yerinə yetirməmişdi.

Sənədlər bir neçə il müddətində İsveçrə bankının seyfində saxlanmışdı. Materialları banka Hoffe vermişdi.

Sözü gedən iki bacı 2008-ci ildə məhkəməyə müraciət etmişdilər. Onlar əlyazmaların onlara məxsus olduğunu iddia edirdilər.

Bu ilin yazında İsveçrə məhkəməsi əlyazmaların İsrailə verilməsi barədə qərar qəbul edib.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG