Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Kadyrov-un koronavirus şübhəsi ilə Moskvaya aparıldığı deyilir


Ramzan Kadyrov
Ramzan Kadyrov

Çeçenistanın Kreml tərəfindən dəstəklənən başçısı Ramzan Kadyrov-un hazırda tibbi müşahidə altında olduğu xəbər verilir.

Interfax agentliyi Moskvadakı səhiyyə mənbələrindən birinə istinadən bildirib ki, 43 yaşlı Kadyrov-un koronavirusa yoluxmasından şübhələr var.

Rusiyadakı Baza müstəqil internet xəbər portalının məlumatına görə Kadyrov-da COVID-19 simptomları mayın 20-dən müşahidə olunub.

Baza bildirir ki, Kadyrov Moskvadakı “ən yaxşı klinikalardan birinə” yerləşdirilib.

Bu da xəbər verilir ki, Çeçenistan liderində təngnəfəslik və pnevmoniya əlamətləri var.

Bu xəbər rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Rusiya prezidenti Vladimir Putindən nümunə götürən Kadyrov da qoruyucu skafandr geyinərək Qroznıdakı xəstəxanaya baş çəkmişdi.

O həbelə cümə namazında iştirak etmişdi.

Putindən nümunə götürən Kadyrov da qoruyucu skafandr geyinərək Qroznıdakı xəstəxanaya baş çəkmişdi
Putindən nümunə götürən Kadyrov da qoruyucu skafandr geyinərək Qroznıdakı xəstəxanaya baş çəkmişdi

Çeçenistan və Dağıstandakı vəziyyət

Kadyrov-un xəstələnməsi xəbərindən əvvəl bildirilmişdi ki, Çeçenistanda və qonşu Dağıstanda koronavirusla bağlı epidemioloji vəziyyətin pisləşməsi ilə əalqədar adamların kütləvi yığıncaqlarına sərt məhdudiyyətlər qoyulur.

Hazırda bu bölgələrin müsəlman əhalisi burada “Uraza Bayram” kimi tanınan Ramazan bayramına hazırlaşır.

Çeçenistanın daxili işlər naziri Ruslan Alkhanov mayın 21-də bəyan etmişdi ki, respublikada mayın 23-dən 26-dək təcili xidmətlərdən başqa bütün nəqliyyat hərəkəti dayandırılacaq.

Dağıstan hakimiyyət orqanları bildirib ki, bayramın qeyd edildiyi dörd gün ərzində Kizlyar və Kızılyurt şəhərlərində giriş-çıxış tam bağlanacaq.

Rusiyada epidemioloji vəziyyət ağır olaraq qalır

Rusiya hazırda koronavirus yoluxmalarının sayına görə yalnız ABŞ-dan geri qalır.

Rusiyada mayın 21-də daha 8849 yoluxma qeydə alındıqdan sonra xəstələnənlərin ümumi sayı 317,554 nəfərə çatıb.

Son sutka ərzində daha 127 ölüm qeydə alınıb. Ölənlərin sayı 3009 nəfərə yüksəlib.

Beynəlxalq təşkilatlar Rusiya rəsmilərini koronavirus yoluxmalarını pnevmoniya kimi qeydiyyata almaqla epidemiyanın miqyasını azaltmağa çalışmaqda ittiham edirlər.

Son həftələr ərzində Rusiyada koronavirusa bir neçə yüksək vəzifəli şəxs tutulub.

Baş nazir Mikhail Mishustin bu xəstəlikdən müalicə olunduqdan sonra işə yalnız bu həftə qayıdıb.

Bundan sonra prezident Vladimir Putinin sözçüsü Dmitry Peskovun, mədəniyyət naziri Olga Lyubimovanın və tikinti naziri Vladimir Yakushev-in də COVID-19-a yoluxduqları xəbər verilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG