Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:20

Kadyrov insan haqları müdafiəçilərini Çeçenistana buraxmayacağını deyir


Çeçenistanın başçısı Ramzan Kadyrov deyib tabeçiliyində olan əraziyə insan haqları müdafiəçilərinin girişini qadağan edəcək. O insan haqlarını pozduğuna görə tez-tez beynəlxalq təşkilatların tənqid hədəfinə çevrilir.

Avqustun 23-də hüquq-mühafizə orqanlarına video müraciəti edən Kadyrov deyib ki, insan haqları fəallarına “sanskiyalar” qoyacaq, çünki onlar “çeçen xalqının rahat yaşamasına mane olurlar”:

"Onların yalnız bir məqsədi var: bizə ziyan vurmaq”.

Bundan bir qədər əvvəl Çeçenistanda tanınmış insan haqları müdafiəçisi, Memorial İnsan Haqları təşkilatının Çeçenistan filialının rəhbəri Oyub Titiyevin məhkəməsi olub.

Onun məhkəməsinə Çeçenistanın xaricindən çox sayda fəallar gəlirdi.

Titiyev bu ilin əvvəllərində narkotik maddə itithamı ilə həbs edilmişdi. Beynəlxalq insan haqları təşkilatları Titiyevin siyasi motivlərlə həbs olunduğuna inanır.

Kadyrov-un fəallara qadağanı barədə suala cavab verərkən Kreml bildirib ki, ola bilsin, Kadyrov-un sözləri kontekstdən çıxarılıb.

Putinin sözçüsü Dmitry Peskov deyib ki, “burada əlbəttə müxtəlif insan haqları fəalları arasında fərq qoymaq lazımdır”.

"Bir çox insan haqları fəalları zəruri funksiya icra edirlər və hörmətə layiqdirlər” – deyib sözçü.

Memorial təşkilatı regionda adamların yoxa çıxması və işgəncələrə məruz qalması ilə bağlı araşdırmaları ilə Çeçenistan rəhbərliyinin qəzəbinə gəlmişdi.

Titiyevdən əvvəlki Memorial rəhbəri Natalia Estemirova 2009-cu ildə oğurlanmış və güllələnmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG